Qaxotu barədə çoxlu söyləntilər var. Onun pis qüvvələri yetişdiyi bölgədən uzaqlaşdırması, səmadan quşlar tərəfindən yerə enməsi barədə çoxlu əfsanələr var.
Qaxotu 1 metr hündürlüyə qədər böyüyə bilən, sərt köklü olan bitkidir. Onun yarpaqları orta ölçüdə uzunsov, çiçəkləri isə sarı rəngdə olur. Qaxotunun çiçəkləri tək və ya bir neçəsi yan-yana olaraq aça bilir. Çiçəkləri xırda ulduz formasında, başlıqlı olur. Qaxotunun toxumları qapalı, içərisində bir-neçə toxumdan ibarət olur.
Qaxotu əsasən Yer kürəsinin şimal yarımqütbünün hər tərəfində yabanı şəkildə yetişir. Ona demək olar ki, bütün MDB ölkələrində, Aralıq dənizi bölgələrində rast gəlmək mümkündür. Qaxotunun müxtəlif növləri var. O ən çox boş sahələrdə, çəmənliklərdə, adi yolların kənarlarında bitir. Bu bitki yanlız toxum vasitəsilə artır. Onun toxumları öz dibinə düşür və yetişərək çoxalır. Qaxotunun ömrü 5-7 ildir. O tozlanmada yaxından iştirak edən bitkilərdəndir. Qaxotunun bəzi özünəməxsus xüsusiyyətləri var:
* o gözəl çəmən bitkisidir və quru sahələrdə bitə bilir
* qaxotu yabanı bitkidir və istədiyi məkanda yetişə bilir
* qaxotu soyuğa və istiliyə davamlı çoxillik bitkidir.
* Qədim zamanlarda onu papağın kənarına tikirlərmiş, ayaqqabını içərisində gizlədərlərmiş. Bununla da insanlar özlərini bəd nəzərlərdən qoruyacaqlarına inanarmışlar. Qaxotunun iyun-avqust aylarında yığırlar. Adətən yığım zamanı bitki torpaqdan kökündən çıxarılır, təmizlənir, qurudulur. Qaxotunun il ərzində bir-neçə dəfə də yığmaq olur. Bu zaman əvvəlcə onun üst hissəsində əmələ gələn budaqlarını bıçaqla kəsib götürürlər. Bu zaman ən azı 25 sm uzunluğunda olan hissəni çiçəkləri və yarpaqları ilə birgə kəsirlər. Sonra yerdə qalan gövdədən qaxotu qol-budaq atır və daha da çoxalıb böyüyür.
Qaxotu (adi dazı, qoyunqıran)nın Tərkibi
Tibbdə qaxotunun yarpaqlarından və cavan zoğlarından istifadə edirlər. Onun kimyəvi tərkibi tokoferoldan, flavonidlərdən, efir yağlarından, qliserindən, dubil maddələrdən, P, PP, C, A vitaminlərindən, makro və mikro elementlərdən, nikotin turşusundan, azulendən, şəkərdən ibarətdir. Qaxotunun tərkibində kversetin, hiperozid, kversitrin, izokversitrin, rutin, hiperisinol, karotin və fitonsidlər də var. Qaxotunun kökündən sümük vərəmi və dizenteriyada geniş istifadə olunur.
Qaxotu (adi dazı, qoyunqıran)nın Xeyri
Qaxotu insan orqanizmi üçün faydalı, heyvanlar üçün isə təhlükəli bitki hesab edilir. Qədim zamanlara Rusiyada bu bitkinin dəmləməsini uzun ömürlü və sağlam yaşamaq üçün içiblər. Xroniki yorğunluqdan şikayətləri olan adamlar üçün də bu dəmləmədən bir-çox Avropa ölkələrində istifadə edilib. Orduda olan əsgərlərin uzun məsafələrə yürüyüş etdiyi zamanlarda da qaxotundan istifadə edilib. Qaxotu baş ağrılarını aradan qaldırır və maddlər mübdiləsini yaxşılaşdırır. Qaxotu enterit, xroniki qastrit, kolit, xroniki pielonefrit, diareya, kataral angina, trofik yaralar, stomatit, yanıqlar, paradontoz, qinqvit, vaginit, irinli otit, mastit, dəri səpgiləri, anemiya, sarılıq, babasil, miqren, öskürək və təzyiq zamanı xəstəliklərin əlamətlərini azaldır və sağalmasına yardım edir. Qaxotu çayı mədə-bağırsaq funksiyasını yaxşılaşdırır, daxili sekresiya vəzilərinin fəaliyyətini stimulyasiya edir.
Xalq təbabətində istifadə qaydası:
* 10 qram xırdalanmış qaxotunu 200 ml qaynar suya salıb su hamamında 15 dəqiqə dəmləmək və yeməkdən 20 dəqiqə əvvəl içmək lazımdır. Müalicə 2 gün aparılır. Gün ərzində 3 dəfə, hər dəfə 1/3 stəkan içilməlidir.
* 1 xörək qaşığı quru qaxotunu 1 stəkan qaynar suya salıb, üstünü qalın örtərək yarım saat gözlədikdən sonra ağız boşluğnu yaxaladıqda ağız boşluğu xəstəliklərindən qurtarmaq mümkün olur. Dəmləmə boğaz iltihbı və ağrısı zamanı da çox faydalıdır.
* 3 xörək qaşığı qaxotu çiçəklərini 20 qram kətan və ya günəbaxan yağına qatıb 14 gün qaranlıqda saxlamaqla yağını əldə eləmək olur.
Qaxotu dəmləməsi ilə üzün dərisini sildikdə dəridə olan sızanaqlar sağalır
Qaxotu (adi dazı, qoyunqıran)nın Ziyanı
Hamilələrə və yüksək təzyiqdən əziyyət çəkənlərə qaxotu dəmləmələrindən istifadə etmək olmaz.
Qaxotu dəmləməsini uzun müddət içmək olmaz. Bu qaraciyər ağrılarına, məxmərəyə bənzər səpgilərə və ağızda pis dadın olmasına səbəb ola bilir. Kişilər uzun müddət qaxotu dəmləməsi içdikləri zaman onlarda müvəqqəti cinsi zəiflik meydana gələ bilir. Çoxlu miqdarda qaxotu dəmləməsi içmək dərinin ultrabənövşəyi şüalara qarşı olan həssaslığını artırır. Tünd dəmlənmiş qaxotu çayı mədə ağrılarına səbəb ola bilir.
Orqanik.az