Qastroenteroloq qida borusu, mədə, nazik və yoğun bağırsaq, qaraciyər, mədəaltı vəzi, öd kisəsi və öd yollarının xəstəlikləri ilə məşğul olur.
İltihabi proseslər: ezofagit, qastrit, duodenit, enterit, kolit, pankreatit, xolesistit, hepatit.
.Xoralı-nekrotik və destruktiv vəziyyətlər: mədə və onikibarmaq bağırsağın xorası, Mellori-Veys sindromu.
.Motor-evakuator disfunksiya: qastroezofageal reflüks xəstəliyi, duodenoqastral reflüks, öd yollarının diskineziyası, qıcıqlanmış bağırsaq sindromu.
– Fermentopatiyalar və sekretor çatışmazlıq: axlorhidriya, seliakiya və maldigestiya, malabsorbsiya ilə müşayiət olunan digər xəstəliklər.
– Hiperplaziya, xoş və bədxassəli törəmələr: Menetrie xəstəliyi, mədə-bağırsaq polipləri, mədəaltı vəz, qaraciyət və MBT-nin digər orqanlarının xəstəlikləri.
Sadalanan xəstəliklərdən başqa abdominal orqanların sallanması , mübadilə-metabolik pozğunluqlar, fibroz, sklerotik, distrofik proseslər, sistem xəstəlikləri (mukovissidoz), postrezeksion pozğunluqlarda (postxolesistektomik sindrom) qastroenteroloq tərəfindən peşəkar yardım tələb olunur. Kəskin simptomatik ilə qarşılaşdıqda qastroenteroloq xəstənin hospitalizasiya barədə qərar qəbul edir. Müayinənin nəticələrinə əsasən diaqnoz dəqiqləşdikdən sonra etiopatogenetik müalicə aparılır. Dərman prepartaları və növbəti gəlişin tarixi fərdi qaydada seçilir.
Orqanik.az