7 yaşlı hindli oğlan Dipak Pasvan nadir anomaliya ilə doğulub. O siam əkiz tayı bədəninə bitişik vəziyyətdə, yarım inkişaf etmiş formada doğulub. Tibdə belə yarımçıq əkizə parazit deyilir.
Uşaq qarnında 2cüt ək və ayaq gəzdirir. Təəssüf ki, onu hələ ciddi və bahalı müayinələrdən keçirməyiblər.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, uşağın valideynləri indi uşağı əməliyyat edib, normal insan vəziyyətinə sala biləcək həkimi axtarırlar.
Hələ də uşağın qan damar sistemi və daxili orqanlarının nə vəziyyətdə olması, parazit əkizin bədənin daxilinə nə qədər keçməsi də təyin olunmayıb. Ola bilər ki, onların ümumi qan damar sistemi var.
Nyu-Cersi universitetinin həkimi Menni Alvares bildirib ki, bu anomaliyada problem odur ki, baxmayaraq parazit əkiz tam canlı inkişaf etməyib, onun qan damar dövranı var.
Dipakın ürəyi və qanı onu da daxildən qidalandırıb böyüdür. Belə olan halda cərrahi əməliyyat uğurlu olmur. Ciddi KT müayinələr, çox peşəkar damar cərrahları ilə qərara gəlinməlidir ki, bu paraziti bədəndən ayırmaq mümkündürmü. Əsk təqdirdə əməliyyatda oğlan da həyatını itirə bilər”.
Orqanik.az