Qarın boşluğundakı piylərdən necə xilas olmaq mümkündür?

Bu vasitə ilə siz bağırsaqların arasında yığılıb qalmış piylərdən və orqanizmdəki şlaklardan azad ola bilərsiniz.
Stress, pis qidalanma, fiziki hərəkətsizlik, ekoloji amillər enerjinin azalmasına və tez-tez xəstəliklərin baş verməsinə səbəb olur. İllərlə orqanizmdə yığılıb qalmış toksinlər isə iltihabi xəstəliklərə və piylənməyə səbəb olur. Bunların baş verməməsi üçün isə ən azı ildə bir dəfə bağırsaqları detoksikasiya etmək lazımdır.

Detoksikasiyaya qədər nə etməli?
Detoksikasiyaya bir-neçə gün qalmış qida rasionundan süd məhsullarını çıxarmaq lazımdır. Çünki süd məhsullarının çürüməsi zəif olur və onlar hormonlara, antibiotiklərə çevrilə bilirlər. Detoksikasiyadan bir-neçə gün əvvəl ətdən hazırlanmış qidalardan da imtina etmək lazımdır. Əgər ət yemədən dayana bilmirsinizsə, o zaman toyuq və balıq ətlərindən istifadə edə bilərsiniz. Ət və ət məhsullarının, süd və süd məhsullarının tərkibində dipoksin vardır ki, bu da orqanizmə toksiki təsir göstərə bilir. Detoksikasiyaya başlamazdan bir gün əvvəl yatmazdan qabaq bitki çayı içilir. Detoksikasiyaya bir-neçə gün qalmış hazır satılan qidalardan istifadə etmək olmaz.

Detoksikasiya prosesi necə həyata keçirilir?
1. Səhər acqarına bütöv limon şirəsi sıxılmış 2 stəkan su içilir. Bu sizin qaraciyərinizi toksinlərdən xaric edəcək.
2. Səhər yeməyi zamanı 1,5 stəkan ananas şirəsi içilir. Ananasın tərkibində bromelayn var. Bu orqanizmdəki qidanı, zülalı və kollageni əvəz edə bilir. Bromelayn yoğun bağırsaqlardakı iltihabi prosesləri aradan qaldıra bilir və xərçəng hüceyrələrini məhv edir.
3. Səhər yeməyi ilə günorta yeməyi arasındaki məsafədə 1-1,5 stəkan yerkökü şirəsi qəbul edin. Yerkökünün tərkibi falkarinol birləşmələrdən ibarətdir. Bu birləşmələr qanı estrogenin və hormonların artıqlarından təmizləyir. Yerkökü şirəsinin tərkibində olan E vitamini həzm sistemi orqanlarının selikli qişasını sağlamlaşdırır.
4. Sonra tərkibində kalium olan şirə içilir. Bu şirə cəfəri, keşniş, yerkökü və ispanaq qarışımından hazırlanır.
5. Günorta yeməyi zamanı 1 stəkan sakitləşdirici çay içilir. Bu çay zəncəfil, itburnu  və nanə yarpaqları ilə dəmlənir. Bu çay orqanizmin vitamin C-yə olan ehtiyacını ödəyir və immuniteti artırır. Çay stressin və bağırsaqlardakı spazmların da aradan qalxmasına yardım edir.
6. Yatmazdan 2 saat əvvəl 340 qram təzə çəkilmiş qırmızı yemişan şirəsi için.
Bu qaydanı 3 gün davamlı olaraq tətbiq eləmək bağırsaqlardakı toksinlərin və şlakların xaric olunmasına və bağırsaqlar arasında yığılıb qalmış piylərin əriməsinə səbəb olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.