Yayda, çimərlik mövsümündə artıq çəki narahatlıq yaradır. Xüsusən qarın bölgəsində olan artıq piylər siziəyləncədən məhrum qoyur. İdman, gündəlik gəzinti ilə yanaşı düzgün qidalanma sizi bu problemdən xilas edə bilər.
Orqanik.az axşam.az-a istinadən xəbər verir ki, qarında olan artıq çəkidən qurtulmağınıza yardımçı olacaq qidaları təqdim edir.
Alma sirkəsi
Bu sirkə qandakı şəkəri və xolesterini tənzimləyərək qida istehlakını minimuma endirir. Eyni zamanda maddələr mübadiləsini 20 faiz sürətləndirir. Yeməkdən əvvəl istehlak edilən alma sirkəsi toxluq hissi yaradır.
Çia toxumu
Toxluq hissi təmin edən çia toxumları sayəsində qida istehlakı azalır. Tərkibində təbii yağlar bədəndəki piylərin yandırılmasında çox təsirlidir.
Kokos yağı
Bu yağ tiroid hormonunun nizamlı işləməsini təmin edərək maddələr mübadiləsi sürətini artırır. Bu, həmçinin daha çox qida qəbul etmək istəyini azaldır.
Kefir
Kefir bağırsaqları tənzimləyən probiyotikləri ehtiva edir ki, bu da artıq çəkiyə səbəb olan yağ yandırılması prosesini sürətləndirir.
Kələm, gül kələm, brokoli
Bu tərəvəzlərin pəhriz dövrlərində çiy və ya qaynadılmış şəkildə istehlak edilməsi tövsiyə olunur. Onlar zeytun yağı ilə birlikdə istehlak edildikdə arıqlamağınızla yanaşı sağlamlığınızın da qayğısına qalacaqdır.
Bitki çayları
Pəhriz dövründə bitki çaylarının istehlakı maddələr mübadiləsi sürətini yüzdə 20 artırır.
Qreypfrut
Maddələr mübadiləsi sürətini yüzdə 30 artıran qreyfurt qarın bölgəsindəki artıq çəkidən qurtulmaq üçün ən sağlam qidadır.
Orqanik.az