Qarın ağrısı hər hansı bir xəstəliyin göstəricisidir. Qarın ağrılarında həkim nəzarəti olmadan hər hansı ağrı kəsicilərdən istifadə etmək olmaz.
Maraqlıdır, görəsən, qarın ağrısı nəyin əlamətidir?
Orqanik.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nahid Məhərrəmov Lent.az-a bildirib ki, hər qarın ağrısının altında ciddi bir xəstəlik olmaya bilər.
Onun sözlərinə görə, ağrının yeri və vaxtı, xəstənin yaşı, cinsiyyəti, yanaşı olan xəstəlikləri, aparılan müayinələr önəmlidir:
“Zəif ağrının altından çox ciddi xəstəlik çıxa bilər. Məsələn, mədədə bədxassəli şiş. Bəzən də şiddətli, dözülməz ağrı kiçik bir böyrək daşından da ola bilər”.
Orqanik.az