Qaraciyər sirrozu qaraciyər toxumasının çapıqlaşması deməkdir. Bu təhlükəli xəstəliklədən biri hesab edilə bilər. Çünki bəzən qaraciyər zədələnsə də əsas əlamət və simptomlar vaxtında özünü büruzə vermir. Bu isə müalicənin gecikməsinə səbəb olur.
“Medicina” xəbər verir ki, Kliniki Tibbi Mərkəzin həkim-terapevti Lalə Xalıqzadə sirrozun əlamətlərini sadalayıb.
“Bununla belə, qaraciyər sirrozunun bir çox ilkin əlamətləri var. Məsələn, iştahasızlıq, qeyri-ixtiyarı arıqlama, ürək bulanması, qusma, sağ qabırğaaltı nahiyədə yüngül ağrılar, yorğunluq və ya müntəzəm zəiflik sirrozunun əlamətləri hesab edilə bilər. Belə bir şübhələr varsa, mütləq həkimə müraciət etmək məsləhətdir.
Qaraciyər sirrozunun yaranma səbəbləri müxtəlif olduğunu söyləyən Lalə Xalıqzadə bildirib ki, sirrozun əsas yaranma səbəbi alkoqol istifadəsi ilə yanaşı hepatit B və hepatit C kimi xroniki viral viruslardır:
QBəzi sirroz xəstəliyinə tutulan şəxslərdə isə heç bir səbəb tapılmır. Qaraciyər sirrozu xəstəliyinin yaranmasında genetik faktor da rol oynayır. Çox nadir hallarda isə ağır dərmanların uzun müddətli istifadəsi, dəmir və mis minerallarının həddindən artıq qəbulu, xroniki ürək çatışmazlığı, öd yollarının tıxanması və digər səbəblərdən yarana bilər”.
Bu problemlə üzləşməmək üçün həkim ilk növbədə qaraciyərə ziyan verən hallardan uzaq durmağı, spirtli içkilərdən tamamilə imtina etməyi, ən xırda şübhəyə ehtiyatla yanaşmağı, gecikmədən müalicə aparmağı, hepatit B peyvəndi olunmağı və eləcə də qida rejiminə mütləq əməl etməyi tövsiyə edib.
Orqanik.az