Xalq təbabəti qaraciyəri yulaf yarması ilə təmizləməyi tövsiyə edir.
Orqanik.az Rusiaya KİV-lərinə istinadla sizə yulaf yarması dəmləməsinin reseptini təqdim edir.
1 stəkan yulaf yarmasının üzərinə 1l qaynar su tökün, termosda 10-12 saat dəmləyin. Daha sonra dəmləməni yaxşı süzün və gün ərzində 2-3 dəfə yeməkdən yarım saat əvvəl yarım stəkan olmaqla qəbul edin.
Müalicə kursu – 1 həftə. Belə müalicəni ildə 2 dəfə yaz və payızda edə bilərsiniz.
Bu faydalı dəmləmə tək qaraciyəri deyil, bütün orqanizmi ziyanlı maddələrdən təmizləyir.
Orqanik.az