Qaraciyərin sağlamlığına zərbə vuran 3 VƏRDİŞ. Spirtli içkilər deyil

Hamımız bilirik ki, qaraciyərin ən qəddar düşməni alkoqoldur. Qaraciyər üçün spirtli içkinin “ziyansız doza”sı belə yoxdur – 1 damla da orqana mənfi təsir edir.

Lakin spirtli içkilərin qəbulu qaraciyərə ziyan vuran tək pis vərdiş deyil. Bəzi digər adi vərdişlərimiz də qaraciyərin sağlamlığına zərbə vura bilir. Bu hansı vərdişlərdir?

1. Şəkərə, şirniyyatlara meyllilik. Qaraciyərin sağlamlığı baxımından bu vərdiş az qala spirtli içkilərin qəbulu qədər ziyanlıdır. Şəkər orqanizmdə piyə çevrilərək qaraciyərdə toplanır və bu da qaraciyərin piylənməsi və ya qaraciyərin piyli distrofiyasına səbəb olur. Qaraciyərin piylənməsi çox təhlükəlidir ki, onun fonunda sirroz və qaraciyərin xərçəngi inkişaf edə bilər.

Nəzərə almaq lazımdır ki, burada söhbət tək tort və pirojnalardan deyil, şirin meyvələrdən də gedir. Şirin meyvələrdən sui-istifadə də qaraciyər üçün ziyanlıdır. Hətta hepatoloqlar meyvələrdə olan fruktozanı qaraciyər üçün qlükozadan daha təhlükəli hesab edərək şirin meyvələrin qəbulunu minimuma azaltmağı tövsiyə edirlər.

2. Saglamolun. az Almaniyanın Focus jurnalına istinadla bildirir ki, qaraciyərin sağlamlığını pozan digər ziyanlı vərdiş dərmanların yerli-yersiz qəbuludur. Bilmək lazımdır ki, istənilən dərman, vitamin, mineral, qida əlavələri və s. qaraciyərdə parçalanır. Əgər insan başı, dişi və s. ağrıyanda tez-tez ağrıkəsici dərmanları qəbul edir, daim özünü müalicə ilə məşğul olur, buna ehtiyac olmadığı halda vitaminlər və s. “faydalı” preparatlar içir, həkimlə məsləhətləşmədən uzun müddət ərzində hətta ot dəmləmələri içirsə, bu onun qaraciyərinin sağlamlığına ciddi şəkildə ziyan vurur. Bu hətta “dərman hepatiti” kimi xəstəliyin inkişafına səbəb ola bilər.

İlin əvvəlində KİV-də belə bir maraqlı fakt yer alıb. Çindən olan bir qadın “daha sağlam olmaq üçün” uzun müddət ərzində yaşıl çayın kapsullarını qəbul edirdi. Nəticədə onda qaraciyər çatışmazlığı inkişaf edib.

3. Hipodinamiya (azhərəkətlilik). Fiziki aktivliyin az olması, oturaq həyat tərzi bütün orqanizmə və o cümlədən qaraciyərə ziyan vurur. Məhz hipodinamiya qaraciyərdə durğunluq proseslərinə səbəb olur, qaraciyərin piylənməsi üçün şərait yaradır.  

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.