Çox insan ev şəraitində əldə olan inqrediyentlərlə maskalar hazırlayaraq dəriyə, saça, dırnaqlara qulluq etməyə çalışır.
Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, bu vasitələrdən biri də qara çaydır. Bu çay dəridəki ölü hüceyrələri və məsamələrdəki kiri təmizləyir, cildin yenilənməsinə kömək edərək ləkələri aradan qaldırır.
Qara çayın tərkibindəki B2, C və E vitamini, maqnezium, kalium, sink və kofein sayəsində cilddə ağardıcı təsir yaradır. Bu da qara nöqtələr, sızanaqlar və ləkələrin yaratdığı ton fərqlərini azaldır.
Tərkibi:
1 xörək qaşığı qara çay
1/4 stəkan qaynar su
1 xörək qaşığı bal
1 çay qaşığı limon suyu
Çayı dəmlədikdən sonra suyunu ayırın. Dəmlənmiş yarpaqlara bal və limon suyu əlavə edib maska əldə edin. Maskanı bütün dərinizə və boynunuza tətbiq edin, lakin gözünüzə təmas etməməsinə çalışın. Təxminən 5 dəqiqə gözləməli olacaqsınız. Bu əsnada ayırdığınız çay suyunu pambıqla gözlərinizin üstünə qoya bilərsiniz. Bu bütün yorğunluğu, şişkinliyi aradan qaldıracaq.
5 dəqiqənin sonunda dairəvi hərəkətlərlə masaj edərək maskanı təmizləməyə başlaya bilərsiniz. Üzünüzü və boynunuzu ilıq su ilə, sonra isə nisbətən soyuq su ilə yuyun. Sonda nəmləndirici kremdən istifadə edin.
Qeyd edək ki, qara çay yerinə yaşıldan da istifadə edə bilərsiniz.
Orqanik.az