Dadlı, sulu və tərkibi vitaminlərlə zəngin gilas yayın ən sevimli meyvələrindəndir.
AZƏRTAC bildirir ki, gilas meyvələri immuniteti artırmaq və orqanizmi zəhərli maddələrdən təmizləmək xüsusiyyətinə malikdir.
Öd kisəsində olan daşların parçalanıb tökülməsində gilasın tərkibində olan turşu birləşmələrinin böyük rolu var.
Orqanizmdə olan artıq mayeni, zərərli qidaları bədəndən xaric edir, qanı təmizləyir və bunun nəticəsində arıqlamağa kömək edir.
Hisə verilmiş qidaların qəbulundan sonra bir ovuc gilas yeyilməsi qidanın zərərli maddələrinin xaric olmasına səbəb olur. Məhz həmin xüsusiyyətlərinə görə gilas “qaraciyərin dostu” sayılır.
Qəbizlik və öskürək zamanı da gilas çox faydalıdır.
Arıqlamaq istəyənlərə onun meyvələri ilə qidalanmaq məsləhət görülür.
Gilas ağacının qabığının dəmləməsi qızdırmanı aşağı salır.
Meyvənin saplağını dəmləyib içmək sidikqovucu kimi müsbət təsir göstərir.
Qırmızı gilasın suyunun üz və boyun nahiyəsinə sürtülməsi dəridə olan qırışları açır və dərinin rəngi təmizlənir, təravətlənir.
Orqanik.az