Kiçik sıyrıntılar təhlükə törətmir. Böyük yaralarda əgər arteriyalar zədənibsə güclü qanaxma yarana bilər.
Ümumi məlumat:
Yaranın növündən və yerləşməsindən asılı olaraq vətərlər və sinirlər də zədələnə bilər. Dərin yaralarda olan qanaxmalar tibbi müdaxilə tələb edir. Xarici qanaxamalardan başqa daxili orqanların qanaxmalarına rast gəlinir. Daxili qanaxmalara istənilən şübhə olduqda belə, mütləq tibbi yardıma müraciət etmək olar.
Səbəbləri:
Qanaxmalar yaralar, daxili orqanların zədələnməsi, özbaşına ola bilər. Özbaşına qanaxmalar müəyyən xəstəliklər, mədə-bağırsaq, sidik-cinsiyyət sisteminin xəstəlikləri zamanı ola bilər.
Simptomları:
Açıq qanaxmalarda açıq yaralarda qanaxma olur. Xəstədə travmatik şok ola bilər. Xəstədə soyuq tər, başgicəllənmə, nəbzin tezləşməsi, təngnəfəslik, huşun pozulması, zəiflik, diqqətin azalması qeyd olunur.
Daxili qanaxmada qarında ağrı, qarnın köpməsi, nəcisdə qan və ya tünd nəcis, sidikdə qan, vaginal qanaxma, qanlı qusma aşkar olunur.
Ağırlaşmaları:
Ağırlaşmaları arterial təzyiqin aşağı düşməsi və şok ola bilər. Uzunmüddətli qanaxmalar zamanı dəmir defisitli anemiya inkişaf edır.
Siz nə edə bilərsiniz:
Şoka şübhə olduqda tibbi yardıma müraciət etmək lazımdır. Daxili qanaxmaya şübhə olduqda xəstə mütləq hospitalizasiya olunmalıdır.
Dişlək zamanı yaradan yuxarı hissə sıxılır və yara yumşaq sabunla axar su altında 5 dəqiqə yuyulur. Sonra yara hidrogen peroksid məhlulu ilə yuyulur. Yara steril tənzif sarğı və ya leykoplastırla bağlanır. Hər gün yaranın vəziyyəti yoxlanır. Əgər yara nəmdirsə sarğı yenisi ilə əvəz olunur. Yara qabıq bağladıqdan sonra sarğını açmaq olar. Əgər yara qızarırsa, şişirsə, uzun müddət sağalmırsa həkimlə məsləhətləşmək lazımdır.
Həkim nə edə bilər:
Həkim yaranı nəzərdən keçırır, yara yerinə tikiş və ya sarğı qoyur, bakterial infeksiya varsa antibiotiklər təyin edir, zəruri olduqda tetanus əleyhinə iynə vurulur.
Profilaktikası:
Bıçaq və kəsici əşyaları uşaqlardan uzaq saxlamaq lazımdır. Kəsici və deşici alətlərlə iş gördükdə təhlükəsizlik qaydalarına əməl etmək lazımdır.
Orqanik.az