Qan xərçəngi müalicəsində inqilab

Qan xərçəngi müalicəsində inqilab və yeni dövr başladı. 30 avqustda Amerika Qida və Dərman Agentliyi (FDA) bu günə qədər bilinən bütün dərmanlardan fərqli yeni bir müalicəni təsdiqlədi. Bu anlayışın adı canlı dərmandır. Canlı dərman bundan sonra leykoz, limfoma, mieloma kimi qan xərçənglərini məhv edəcək yolun başlanğıcı olacaq.

Leykoz, Limfoma, Mieloma Xəstələri və Araşdırma Təhsil Birliyi (LLMBİR) tərəfindən 15 sentyabr “Dünya Limfoma Günü” səbəbilə təşkil edilən yığıncaqda xəstəliklə əlaqədar son inkişaflar və məlumatlar paylaşıldı.

Yığıncaqda tədqiqatçılar mövzu barəsində məlumat verdilər: “15 gün əvvəl Amerika Qida və Dərman Agentliyi inanılmaz bir dərmana təsdiq verdi: canlı dərman. Qanınızda canlı dərman gəzəcək. Çox böyük firmalardan birinin uzun illər üzərində işlədiyi layihə, leykozu olan 25 yaşa qədər gənclər və uşaqlarda bu dərman özünü təsdiqlədi. Xəstənin öz qan hüceyrələri alınır, dondurulur.”

CANLI DƏRMANIN ƏKS TƏSİRLƏRİ NƏLƏRDİR?
Mütəxəssislər dərmanın xüsusiyyətləri barəsində məlumat verdilər: “Xəstələrin bir hissəsində hələ müalicədən sonra ilik nəqli tələb edilə bilər. Bu dərman inanılmaz bir yeni çıxış nöqtəsidir. Üç mənfi nöqtəsi də var. Dərmanın nə qədər qalıcı olduğunu bilmirik. Bunun əks təsiri yoxdurmu? Çox dəhşətli əks təsirləri var. Müalicə beyin ziyanına yol aça bilir. Bəzi əks təsirləri ölümcül də ola bilər. Müalicənin bu an etibarıyla 475 min dollar xərci var. Limfomanın çarəsi tapıldı, demirik amma çox gözəl bir yol açıldı”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.