Ürək-damar sistemi xəstəliklərinin yaşı çox cavanlaşıb. İndi orta yaşlı adamlarda da ürək-damar xətəliklərinə rast gəlmək mümkünddür. Ürək-damar xəstəliklərinin əmələ gəlməsinə stresslər, pis ekologiya, damarların daralmasına səbəb olur. Damarlarda baş verən daralmanın vaxında qeydinə qalmadıqda isə pis ağırlaşmala baş verir.
Aşağıda adları qeyd olunan qidalarla qidalandıqda qan damarlarının daralması baş vermir.
1. Arpa
Arpanın tərkibində çoxlu miqdarda beta-qlükan polisxaridi var. Bu maddə qandda xolesterinin miqdarının azalmasına səbəb olur. Arpanın tərkibində olan minerallar orqanizm üçün əvəzolunmazdır. Arpa qan damarlarında tromb əmələ gəlmənin qarşısını alır.
2. Kətan toxumu
Kətan toxumu dəmləməsi qan damarlarında olan xolesterinin, lipidlərin miqdarını aşağı salır. Kətan toxumu dəmləməsi orqanizmdə atereskleroz riskini aradan qaldırır.
3. Zeytun yağı
Zeytun yağı maddələr mübdiləsini yaxşılşdırır və bağırsaqlardan yaxşı sörulur. Zeytun yağının tərkibində olan Omeqa3 yağ turşusu arterial təzyiqi aşağı salır. Zeytun yağı piylənmənin qarşısını alır, qanda pis xolesterinin əmələ gəlməsinin qarşısını alır.
4. Qoz
Qozun da tərkibi Omeq3 yağ turşusu ilə zəngindir. Omeqa3 yağ turşusu qanda pis xolesterinin əmələ gəlməsinin qarşısını alır və orqanizmi ürək-damar xəstəliklərinin əmələ gəlməsindən qoruyur. Qozun tərkibindəki maddələr qan damarlarını qocalmdan qoruyur.
5. Balıq yağı
Balıq yağı ürək və damarlar üçün ən faydalı sayılan qida maddələrindən hesab edilir. Balıq yağının tərkibində olanlar qan damarlarında olan ateresklerou təmizləyir və miokard infarktı riskini aradan qaldırır. Balıq yağı qanda olan lipidlərin və triqliseridlərin təmizlənməsinə səbəb olur.
6. Avokado
Avokado ürəyin ən yaxın”dostu” hesab edilir. Onun tərkibində olan süzülməmiş yağ turşuları qan damarlarının təmizlənməsinə səbəb olur. Avokadoda olan E, B6, C vitaminləri, antioksidantlar, Omeqa3 yağ turşusu onu orqanizm üçün faydalı edir.Avokadı orqanizm üçün çox faydalıdır. O qan damarlarının qocalmasının qarşısını almaqla yanaşı ürək zələsini də möhkəmləndirir və əhval-ruhiyəni artırır.
7. Tünd şokolad
Tünd şokoladdan tez-tez isifadə etmək damarlarda ciddi xəstliklərin əmələ gəlməsinin qarşısını alır. Tünd şokoladın tərkibində olan efir yağları qanda olan pis xolesterinin miqdarının azalmasına səbəb olur. Hər gün tünd şokolad yemək trombositlərin miqdarını normallaşdırır. Şokolad orqanizm üçün çox faydalı hesab edilir. O depressiya əlamətlərini aradan qaldırır, yaddaşı yaxşılaşdırır və immuniteti yüksəldir.
Orqanik.az