Yorğunluqdan və yuxusuzluqdan şikayət edirsiniz? Və bu, kiyafət qədər yatdığınıza baxmayaraq baş verir? Bu, tiroid (qalxanabənzər vəzi) problemləri ilə bağlı ola bilər.
Ekoloji cəhətdən təhlükəli bölgədə yaşayırsınızsa, onda sizdə 100 % tiroid ilə bağlı problemlər var.
Qalxanabənzər vəzi hormonların (tiroksin, triyodtironin, diyodtironin və s.) maddələr mübadiləsini sürətləndirir, oksidləşmə prosesini artırır, yağların yanmasını çoxaldır və istiliyin əmələgəlməsini artırır. Bunlardan başqa qalxanabənzər vəzinin hormonu skeletin inkişafına təsir edər, sinir sisteminin vəzifəsini təmin edir.
Bu gün sapsağlam insan demək olar ki, yox səviyyəsindədir. Odur ki, tiroid xəstəliyinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməkdə fayda var.
Publika.az oxucuları tiroidin işini normallaşdırmağa kömək edən və yalnız təbii məhsullardan hazırlanan reseptlə tanış edir.
Bunun üçün lazım olan inqrediyentlər:
– 1 fincan üyüdülmüş qarabaşaq yarması (heç bir halda qarabaşaq unu olmaz)
– 1 fincan blenderlə doğranmış qoz
– 1 fincan bal
Bütün inqrediyentləri yaxşıca qarışdırın və bu möcüzə qarışığı soyuducuda saxlayın.
İstifadə qaydası:
Qarışığı gündə üç dəfə, yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edib. Mülaicə kursunu bir ay davam edin.
Ürək çatışmazlığı varsa, kütləyə quru ərik və ya üzüm əlavə etmək olar.
Həftədə bir dəfə oruc günü elan edin: gün əzində bu qarışıqdan başqa heç nə yeməyin. Yalnız gün ərzində su istifadə edin. Altı həftə bu üsulu tətbiq edin. Bir ay sonra müalicəni təkrarlayın.
Bala allergiyadan savayı heç bir əks göstəriş yoxdur.
Orqanik.az