Qadınların əhvalı hormonlardan asılıdır

Kişilər əksəriyyəti etiraf edir ki, qadınları başa düşmür. Onlar hətta “qadın məntiqi” kimi anlayış fikirləşiblər.

“Qadın məntiqi” dedikdə kişilər qadınların “məntiqsiz” (kişilərin anlamında) hərəkətlərini və fikirlərini nəzərdə tuturlar. Məsələn, qadın adi zarafatı bu gün gülə-gülə qəbul edirsə, bir neçə gündən sonra eyni zarafat göz yaşlarına səbəb ola bilər və s.

“Bu qadınları başa düşmək olmur!” – fikirləşir kişilər. Yox, olur. Sadəcə bunun üçün kişilərin 1 ay ərzində hər bir qadının orqanizmində baş verən ciddi dəyişikliklərdən az da olsa xəbərləri olmalıdır.

İnsan fizioloji orqanizmdir. Onun əhvalına orqanizmdə gedən dəyişikliklər böyük təsir edir. Əsas təsirlərdən birini də cinsi hormonlar edir. Kişilərdə 1 dənə əsas cinsi hormon var – testosteron. Məhz bu hormon kişini kişi edir (xarici görünüş, davranış və s.). Qadını isə qadın edən 1 yox, 2 hormon var – estrogen və proqesteron. Bu hormonlar qadının orqanizminə (və, o cümlədən, əhvalına) müxtəlif təsir edir. 1 ay ərzində bu hormonların səviyyəsi tədricən qalxır və düşür və məhz bu hormonal dəyişikliklər qadınları belə “dəyişkən”, “məntiqsiz” edir.

Menstruasiya qurtardıqdan dərhal sonra qadının orqanizmində estrogen hormonun səviyyəsi daim artır, və bu hormon qadının orqanizmində hökm sürməyə başlayır. Bu ovulyasiya gününə kimi davam edir.

Estrogen qadın orqanizmində gedən bir çox proseslərə təsir edir. Estrogen qadının gözəlliyinə cavabdehdir və bu səbəbdən qadının orqanizmində estrogenin səviyyəsi artdıqda o, daha gözəl və cazibədar görünür. Bu zaman qadın özünü çox gümrah və fəal hiss edir, şən olur, nə isə dəyişmək, yaratmaq, hara isə getmək, qaçmaq istəyir. Bundan əlavə qadında libido artır, o, cinsi əlaqələrə daha çox maraq göstərməyə başlayır. Bu təbiət tərəfindən belə “proqramlaşdırılıb” ki, qadın ovulyasiya zamanı hamilə qala bilsin.

Ovulyasiyadan sonra digər hormon progesteron hökm sürməyə başlayır. Progesteron ovulyasiyadan dərhal sonra artmağa başlayır və bu proses menstruasiyaya kimi davam edir. Bu hormon da qadının orqanizmində baş verən ciddi dəyişikliklərə səbəb olur.

Qadının əhvalında da ciddi dəyişikliklər baş verir. Qadın daha sakit və təmkinli olur, həyat yoldaşından qayğı və diqqət görmək istəyir və özü da həyat yoldaşına qarşı daha mehriban və qayğıkeş olur, evdə, ailədə vaxt keçirməyi xoşlayır. Bu dövrdə qadınlar ev işlərinə daha çox vaxt ayırır, ailəsini yeni dadlı xörək və ya şirniyyatla sevindirməyi xoşlayır.

Menstruasiyadan əvvəl hormonların səviyyəsi düşür və bir çox qadınlarda (hamıda yox!) bu dəyişiklik özünü depressiya, ağlağanlıq, küsəyənlik, əsəbilik kimi əlamətlərlə büruzə verir. Qadının bunda günahı yoxdur. Bu günlər ərzində kişi qadını başa düşməyə çalışmalı, qadınla daha nəzakətli davranmalıdır. Menstruasiya başlandıqdan sonra qadının əhvalı da tədricən düzəlməyə başlayacaq.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.