“Qadınlar pul qarşılığında yumurta hüceyrələrini satırlar”- Ginekoloqla MÜSAHİBƏ

“Son illər sonsuzluq kişilər arasında daha çox yayılıb. Əvvəllər bu problem qadınlar arasında üstünlük təşkil etsə də, indi vəziyyət dəyişib”.

Bunu oxu.az-a açıqlamasında ginekoloq Təranə Həsənova deyib.

Ginekoloqla sonsuzluq problemi ilə bağlı söhbət apardıq. Həmin müsahibəni təqdim edirik:

– Gənclər arasında sonsuzluq problemi son zamanlar daha çox yayılıb. Bunun təbii yolla müalicəsi mümkündürmü?

– Son iyirmi illə müqayisədə sonsuzluq daha da artıb. Bu, qadınlarda daha çox endokrin pozulma ilə əlaqədar olur. Endokrini də təbii yolla müalicə etmək mümkün deyil. Çox zəif nəticələr əldə etmək olar. Təbii yolla müalicə üçün alternativ variant yoxdur. Bu, heç nəticəni də doğrultmayacaq. Endokrin sisteminin analizləri də, preparatları da baha başa gəlir. Ümumiyyətlə, hormonal preparatlar baha olur. Sonsuzluğun müalicəsi çox bahadır.

– Süni mayalanma üçün müraciət edənlərin sayında artım varmı?

– Süni mayalanma müalicədə son həddir. Dərman müalicələri effekt verməyəndə ən sonuncu variant olaraq müraciət olunur. Əvvəllər süni mayalanma üçün üç dəfəyə qədər icazə vardı. İndi isə səkkiz dəfəyə qədər icazə verilir. İmkanı çatan şəxslər bu üsula üz tuturlar. Dünyanın hər yerində, eləcə də Azərbaycanda ən bahalı müalicə növünün biridir. Süni mayalanma aparan şəxslər sonra hamiləliyi nəzarətə götürmürlər. Bu zaman nəticə də yaxşı olmur. Çünki süni mayalanma tezliklə düşüklə nəticələnə bilər. Azərbaycan dünya praktikasını özündə tətbiq edir.

– Süni mayalanma ilə təxminən neçə uşaq dünyaya gəlib?

– Azərbaycanda bununla bağlı hələ ki, hər hansı bir rəqəmlərə rast gəlməmişəm. Rast gəlinmirsə, deməli, statistika yoxdur. Ölkəmizdə bununla bağlı müəyyən boşluqlar var.

Bununla yanaşı, qadınlar müəyyən məbləğ qarşılığında yumurta hüceyrələrini satırlar. Qadın buna görə pul alır, yumurtanın mayalandırılıb, kimə köçürüləcəyi ilə heç maraqlanmır. Qadının orada genetikası, uşağa ötürəcəyi bir çox amillər var. Gələcəkdə bacı-qardaşlar bir-birlərini tanımayacaqlar. Bu şeylərə diqqət edilməlidir. Tam şəkildə nəzarət aparılmır.

– Adətən, sonsuzluqda qadınları günahlandırırlar…

– Bununla bağlı statistik rəqəmlər, demək olar ki, yoxdur. Təcrübələrimə əsasən deyə bilərəm ki, sonsuzluq kişilər və qadınlar arasında bərabər şəkildə yayılıb. Əvvəllər kişi sonsuzluğu daha aşağı səviyyədə idi. Lakin indi vəziyyət dəyişib.

– Sonsuzluğun qarşısını almaq üçün nə etmək lazımdır?

– Tam şəkildə qarşısını almaq mümkün deyil. Yediyimiz qidalardan, stres dozasından çox şey asılıdır. İnsan tam şəkildə nəzarət etməyə bilər. Tövsiyəm odur ki, qida rasionuna diqqət edilməlidir. Tərkibi tam şəkildə müəyyən olunmayan enerji içkiləri içmək düzgün deyil. Çünki bunların hara apardığını bilmirik.

Maksimal dərəcədə sağlamlığı qorumaq lazımdır. Reproduktiv yaşda olan qadınlar və kişilər sağlamlıqlarını qorumalıdırlar ki, dünyaya gətirəcəkləri uşaqlar sağlam olsunlar. Sağlam olmalıdırlar ki, uşaq dünyaya gətirmə qabiliyyətinə malik olsunlar. Qidalar, içkilər – hamısı birbaşa təsir edir. Stresdən də uzaq durmalıdırlar. Çünki stres cinsiyyət orqanlarına birbaşa təsir edir.

Özəl klinikalardan birindən aldığımız məlumata görə, sonsuzluqla bağlı müraciət edənlərin əksəriyyəti kişilərdir:

“Müraciət edənlərin 50-60 faizini kişilər təşkil edir. Qalan 10-15 faizi isə yumurtalıq problemi ilə müraciət edən xanımlardır. Beş faiz açıqlanmayan səbəbdəndir – cütlükdə heç bir problem yoxdur, lakin uşaqları olmur.

Süni mayalanmaya görə müraciət edənlərin sayı artıb: Ay ərzində 100-120 şəxs müraciət edir. Süni mayalanmanın yaşı cavanlaşıb. İki il bundan öncə 35-40 yaşlı şəxslər idisə, indi daha cavanlaşıb. Evliliklərin birinci və ya ikinci ilində müraciət edirlər. Müraciət edənlərin 50 faizi ana ola bilir, 70 faizi isə hamilə qalır”.

Klinikadan əlavə edilib ki, kənar müalicələr ana olma riskini daha da çətinləşdirir. Dərman müalicəsi kömək olmadısa, süni mayalanmaya erkən yaşda müraciət etməlidirlər. Çünki o zaman mayalanmanın tutma ehtimalı daha çox olur. İnsanları bilgiləndirmək lazımdır ki, mayalanma üçün yalnız kənar şəxslərdən deyil, öz partnyorlarından da istifadə olunur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.