Görkəminizin necə olduğunu bilmək üçün güzgü ən yaxşı vasitədir. Necə deyirlər çirkin qadın yoxdur, baxımsız qadın var. Həyat tərzinizi düzənə salsanız, şən və gümrah əhval-ruhiyədə olacaqsınız. Bunun üçün sizdən çox şey tələb olunmur. Yeməyinizə, bağırsaqlqrınızın normal işləməsinə, yuxunuzun normal olmasına diqqət yetirsəniz kifayətdir.
Ancaq sağlam, təravətli və elastik dəri öz mürəkkəb funksiyasını yerinə yetirə bilər. Ona görə də dəriyə xüsusi qulluq lazımdır. Dərinin üzərində daim epidermik hüceyrələrdən və piy təbəqəsindən ibarət qat əmələ gəlir. Tərləmə zamanı piy vəzilərinin fəaliyyəti daha da artır. Dərinin tərlədiyi hamıya məlumdur. Tər ifrazatını sinir sistemi nizamlayır. Tez əsəbləşən adamlar daha çox tərləyirlər. Belə adamlar nəinki isti havada, hətta əsəbləşəndə, həyəcanlananda da tərləyirlər. Bunun qarşısını almaq üçün əvvəlcə həkimlə məsləhətləşmək lazımdır. Tərləməni azaltmaq üçün bir sıra gigiyenik prosedurlara əməl etmək lazımdır.
Dərinin gözəl, təravətli və sağlam olması üçün su prosedurları mühüm rol oynayır. Sərin su ilə yuyunmaq bədəni sağlamlaşdırır, əsəbləri sakitləşdirir. İsti su ilə yuyunmaq isə dərinin qan dövranını yaxşılaşdırır və dərinin qidalanmasına münasib şərait yaradır. Gah isti, gah da soyuq su ilə yuyunmaq isə dəriyə daha yaxşı təsir göstərir. Yuyunan zaman yumşaq, ətirli sabundan istifadə etmək lazımdır. Dəriyə düzgün qulluq edilməzsə, tətləmədən səpmə, irinli səpgi, göbələk xəstəlikləri, ekzema kimi ağırlaşmalar meydana çıxa bilər. Buna görə də bədənin çox tərləyən yerlərinə dezinfeksiyaedici, quruducu maddələr sürtülməlidir.
Qoltuqaltlarının tərləməsi çox adamları narahat edir. Hər gün tərləyən nahiyyəni su və sabunla yuyub siləndən sonra dezoderantlardan biri sürtülərsə, bu narahatçılıq aradan qalxar.
Çox tərləyən adamlara sintetik paltarlar geyinmək olmaz. Unutmayın, dərinizin gözəl olması sizin özünüzdən də çox asılıdır.
Orqanik.az