Qabların düzgün yuyulmaması, həmçinin keyfiyyətsiz yuyucu vasitələrdən istifadə onkoloji xəstəliklərin inkişafına təkan verə bilər.
Bu barədə Sputnik Azərbaycan yazır.
Məlumata görə, bir sıra yuyucu vasitələrdə formaldehid var. O, məhsulun istifadəyə yararlılıq müddətini uzatmaq üçündür. Ancaq bu maddə dəri və selikli qişa üçün təhlükəlidir. Bundan başqa, formaldehid immunitetə də təsir edir və xərçəng şişlərinin yaranmasına səbəb ola bilir.
Məqalədə deyilir ki, qabları yuduqdan sonra silməmiş şkafa yığmaq olmaz. Çünki nəmişlik müxtəlif bakteriyaların törəyib artması üçün əla mühitdir. Ən təhlükəli isə taxtadan olan qabların qurulanmadan işlədilməsi, saxlanmasıdır.
Orqanik.az