Qəhvə bir çox xəstəliklərin qarşısını alır. YENİ ARAŞDIRMALAR

Qarvard Universitetinin alimləri uzunmüddətli araşdırmalar nəticəsində belə nəticəyə gəldilər ki, qəhvənin daim qəbulu (təbii ki, söhbət təbii və keyfiyyətli qəhvədən gedir) bir çox xəstəliklərinin qarşısını alır.

Belə ki, məlum oldu ki, qəhvə içməyən insanlarla müqayisədə daim qəhvə içən insanlar arasında ağır ürək-damar sistemi xəstəliklərinə daha az hallarda təsadüf edilir. Alimlərin fikirinə görə, bunun səbəbi  qəhvənin ürək-damar sisteminə olan müsbət təsirindədir.

Digər ciddi elmi araşdırmalarda qəhvənin insanın sinir sisteminə, qara ciyərinə, mədəaltı vəzinə olan müsbət təsiri təsdiq olunub.

Belə ki, qəhvənin qəbulu yaşlı insanlarda tez-tez inkişaf edən çox ağır Alsheymer və Parkinson xəstəliklərinin riskini xeyli azaldır.

Alimlərin fikirinə görə, qəhvənin hepaprotektor təsiri var. Bu o deməkdir ki, qəhvə qara ciyərin bərpasına kömək edir. Araşdırmalar nəticəsində çox maraqlı fakt aşkar edildi – alkoqolizm xəstələri arasında olan daim qəhvə içənlərdə sirroz və digər ağır qara ciyər xəstəliklərinə daha az təsadüf edilir.

Qəhvə mədəaltı vəzinin fəaliyyətinə müsbət təsir edir və 2-ci tip şəkərli diabetin inkişafının riskini azaldır.

Həmçinin sübut olundu ki, qəhvə orqanizmdə qocalma prosesləri ləngidir.

Lakin nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər və vəziyyətlər zamanı qəhvənin qəbulu insanın sağlamlığına ziyan vura bilər.

Belə ki, həkimlər bu kimi hallarda qəhvənin qəbulundan imtina etmək tövsiyə edir:

– tutrəyən aritmiya

– hipertoniya (müalicə lazım olan effekt verməyən kəskinləşmə dövründə)

– qara ciyərin ağır xəstəlikləri (qara ciyərin ferment sistemində ağır pozulmalar olanda). Yuxarıda biz qeyd etmişik ki, qəhvə qara ciyərə müsbət təsir edir, onun bərpasına kömək edir. Lakin əgər insanda ağır qara ciyər xəstəliyi artıq varsa, qəhvənin qəbulu ona ziyan vura bilər.

– mədəaltı vəzi xəstəlikləri (kəskinləşmə dövründə)

– hamiləlik.

Alimlərin fikirinə görə, sağlam insan gün ərzində 3-5 fincan (qəhvə fincanı) qəhvə içə bilər. Lakin burada da orqanizmin fərdi reaksiyasına diqqət etmək lazımdır. Əgər bir neçə fincan qəhvə qəbul etdikdən sonra sizdə təzyiqin artması, ürək döyünməsinin tezləşməsi kimi simptomlar meydana çıxarsa, qəhvənin qəbulunu azaldın.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.