Qəbul edilən bəzi dərmanlar dəri xərçəngi riskini artırır

Ürək, sızanaq və revmatizm kimi xəstəliklərin müalicəsində istifadə edilən bəzi dərmanlar dərini günəşə qarşı həssaslaşdıraraq dəri xərçəngi riskini artırır.

Orqanik.az AZƏRTAC-a istinadla bildirir ki, türk dosent Ayşe Akbaş digər xərçəng xəstəliyi növlərinə nisbətən dəri xərçənginin görülmə nisbətinin kişilərdə 6-cı, qadınlarda isə 5-ci yerdə olduğunu bildirib.

Dəri xərçənginin yaranmasında genetik faktorların və iqlim şəraitinin təsiri olduğunu deyəm A.Akbaş genetik problemlərə görə dəri xəstəlikləri olan insanlarda həmin xərçəng növünə tutulma riskinin daha yüksək olduğunu vurğulayıb. O, sarışın və açıq rəngli insanların digərləri ilə müqayisədə dəri xərçənginə tutulma riskinin daha çox olduğunu qeyd edib: “Çox günəşli ərazilərdə yaşayan ağdərililər və allergiyası olanlar risk qrupuna daxildir. Dəri xərçənginin əsas səbəbi günəşə normadan artıq məruz qalmaqdır. Şüalar birbaşa dəri hüceyrələrinin DNT quruluşunu pozur və xərçəngin inkişafına kömək edir. Bu şüalara ultrabənövşəyi C, A və B şüaları daxildir. Ən zərərli ultrabənövşəyi B şüalarıdır. Bu şüalar ləkələr və dəri xərçənginin yaranma riskini artıra bilər”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.