Həkimlərin müşahidələrinə görə, qəbizlik bir çox hallarda düzgün olmayan qidalanma nəticəsində inkişaf edir. Bu halda qidalanmada müəyyən dəyişikliklər etməklə insan qəbizlikdən xilas ola bilər.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, qəbizlikdən əziyyət çəkən insanlar müəyyən pəhriz saxlamalı, bəzi qidaları qəbul etməməlidir.
Qəbizlikdən əziyyət çəkirsinizsə, bu qidalardan imtina edin:
– ət və balıq konservləri
– hisə verilmiş qidalar (ət, balıq, kolbasa)
– ağ çörək, ağ undan hazırlanmış un məmulatları (bulka, piroq və s.), yağlı kremlə tort, pirojna, peçenye
– zülallarla zəngin olan qidalar. Bu qidaları qidalanmadan tam
çıxartmaq olmaz. Lakin insan qəbizlikdən əziyyət çəkirsə, bu qidaları
azaltmaq lazımdır
– büzücü təsirə malik olan bəzi meyvələr (nar, heyva, zoğal, armud, xurma)
– bəzi tərəvəzlər (göbələk, turp, sarımsaq)
– çox yağlı ət, balıq, yağlı bulyonlar, qoyun piyi
– alma və üzüm şirələri
– makaron məmulatları
– süd. Lakin süd məhsulları (kefir, kəsmik, asidofilin və s.) qəbizlik zamanı əksinə faydalıdır
– tünd qəhvə və tünd çay
– manna yarması, aş düyüsü
– paxlalılar (lobya, noxud, mərci)
– şokolad
– mayonez, ketçup
– bərk bişirilmiş yumurta
Orqanik.az