Qəbizlik atonik və spastik olmaqla 2 yerə ayrılır.
Atonik qəbizlik yoğun bağırsağın əzələ qişasında tonusun azalması və peristaltikanın zəifləməsi nəticəsində əmələ gəir.
Spastik qəbizliyin əmələ gəlməsinə isə bağırsaq divarının dairəvi əzələlərinin spazmı nəticəsində yaranır. Bu zaman bağırsaqda ximusun (bağırsaq möhtəviyyatı) hərəkəti pozulur, nəcis bərk konsistensiyalı hissəciklər şəklində olur.
Uzun müddət çəkən qəbizlik yoğun bağırsağın qeyri-adi dərəcədə uzun və qalın olması ilə xarakterizə edilir. Bu Girşprunq xəstəliyinin əsas əlamətlərindən biri sayılır.
Bundan başqa, yoğun bağırsağın aşağıdakı patologiyaları da qəbizliyə səbəb ola bilir:
– bağırsağın innervasiyası
– bağırsağın əzələ qişasının zəifləməsi (xüsusən ahıl yaşda)
– B1 vitamini çatışmazlığı
– astixolin sintezinin pozulması.
Bəzən qəbizlik bağırsaqlarda olan qida kütlələrinin və eloktrolitlərin azalması nəticəsində baş verir. Spastik qəbizliyin əmələ gəlməsinə isə azan sinir tonusunun pozulması, psixi gərginlik və intoksikasiyalar (qurğuşun zəhərlənməsi) səbəb olur.
Qəbizlik uzun müddət davam etdikdə bağırsaq şirələrinin sekresiyası azalır və həzm sistemi pozulur. Atonik qəbizlik bağırsaqların hddindən artıq genişlənməsinə, nəcis durğunluğuna və nəcis daşlarının əmələ gəlməsinə səbəb ola bilir. Bu zaman bağırsaqlarda çürümə və qıcqırma prosesləri sürətlənir, meteorizm əmələ gəlir.
Orqanik.az