Həkim və teleaparıcı Aleksandr Myasnikov qəhvənin gözlənilməz xüsusiyyətlərindən söz açıb.
Orqanik.az xəbər verir ki, “Rossiya 1” telekanalında yayımlanan “О самом главном” verilişinin efirində o, qəhvənin sirroz və qaraciyər xərçənginin inkişaf riskini azaltdığını və infarktın qarşısını aldığını söyləyib.
Həkimin sözlərinə görə, qəhvə çox sağlam içkidir.
“Qəhvə ürək xəstələri üçün də faydalıdır. Bu, infarkt riskini azaldır, aritmiyanı azaldır. Hətta hipertoniya xəstələri üçün də faydalıdır, əgər onlar üçün tanış bir içkidirsə”, – Aleksandr Myasnikov bildirib.
Həkim onu da qeyd edib ki, kofein ən çox yayılmış stimullaşdırıcılardan biridir: “İnsanların 80 faizi kofeini bu və ya digər formada qəbul edir, lakin kofeindən əlavə, qəhvədə minə yaxın faydalı bioloji aktiv maddə var”.
Myasnikov bildirib ki, qəhvənin gündəlik norması gündə 2-3 fincandır. Onun sözlərinə görə, faydalı canlandırıcı içki podaqra, Parkinson xəstəliyi və osteoporoza təsir edir. (publika.az)
Orqanik.az