Pulmanologiya tibb elminin sahələrindən biri olub ağciyər və nəfəs yollarının xəstəlikləri ilə məşğul olur. Bəzi ölkələrdə tibbin bu bölməsi pnevmalologiya və ya respirator tibbi xəstəliklər adlanır. Əslində pulmanologiya daxili xəstəliklərin bir hissəsi olaraq fəaliyyət göstərir. Tibb elminin bu bölməsi reanimasiya və intensiv terapiya ilə birlikdə fəaliyyət göstərir.
Pulmanologiya bir elm kimi XIX-əsrdən fəaliyyət göstərir. Pulmanologiya ağciyərlərin xəstəliklərini, omların əmələ gəlmə səbəbini və müalicəsini və diaqnozunu təyin edir. Yanlız vərəm xəstəliyi bu sahəyə aid edilmir. Vərəm xəstəliyi ilə ftiziatorlar məşğul olur. Pulmanologiyanın müalicə etdiyi xəstəliklərə aşağıdakılar daxildir:
* ağciyərin iltihabı
* hemosiredoz
* bronxial astma
* hematoraks
* histiositoz
* alveolların idiopatik fibrozu
* ağciyərin infarktı
* ağciyərlərin hipertenziyası
* ağciyərin fibrozu
* mukovisidoz
* yuxuda apnoe
* pnevmoniya
* pnevmatoraks
* sarkidoz
* silikoz
* bronxit
* ağciyərlərin trombozu
* ağciyərlərin xroniki obstruktiv xəstəliyi
* pnevmoskleroz
* ağ ciyərlərin emfizeması
* ekzogen allergik alveolit
Orqanik.az