Psoriatik artrit psoriaz ilə asossasiya edilən,revmatik və spondiloartropatiya əlamətləri daşıyan artritdir.
Psoriatik artritə psoriaslı xəstələrin 20%-ində rast gəlinir.Xəstəliyə əsasən 20-50 yaş arası adamlarda rast gəlinir.Xəstəlik kişi və qadınlar arasında eyni sayda baş verir.
Anamnez zamanı yaxın qohumlarda psoriasın olmasının öyrənilməsinin böyük əhəmiyyəti var.Müayinə zamanı psoriasın dəri əlamətləri ortaya çıxır.Bu əlamətlər əsasən başın tüklü hissəsində özünü göstərir.Artrit çox hallarda dıqnaqlarda psoriatik əlamətlərin olması ilə özünü göstərir.Psoriatik artrit zamanı oynaq sindromlarının xüsusiyyətləri əsasən dırnaqların psoriatik zədələnməsi və assimmetriklikdir.Xəstəlik zamanı rentgendə sarkoileit təsdiqləndiyi zaman belə onurğada ağrılar olmur.Psoritik artrit zamanı oynaqdan xaric əlamətlər xarakterik deyil.
Xəstəliyin diaqnozunu təsdiqləmək üçün obyektiv müayinələrdən başqa laborator müayinələrə də ehtiyac duyulur.
Xəstəliyin aktiv olduğu dövrlərdə EÇS və CRP-nin yüksəlməsi qeyd edilir.Qan zərdabında sidik turşusunun da yüksəldiyi görülür.Psoriatik artrit zamanı rentgenoloji müayinələrdə aşağıdakılar müəyyən edilir:
– assimmetrilik
– oynaqətrafı osteopatiyanın olmaması
– distal falanqaarası oynaqların zədələnməsi
– akroosteoliz,falanqaların proksimal hissələrinin fincanabənzər deformasiyası
Xəstəliyin tam müalicəsi yoxdur.Müalicənin aparılmasıda aşağıdakı məqsədlər qarşıya qoyulıur:
– iltihabi proseslərin sakitləşdirilməsi
– ağrıların azaldılması
– oynağın funksiyasının bərpası
Müalicə zamanı lazım olanlar:
– xəstəni stressdən uzaq tutmaq
– fiziki məşğələlər aparılmalı
– fizioterapevtik müalicə üsullarından istifadə etməli
Orqanik.az