Prolaktinoma – hormonal pozulmaların səbəbi

Baş beyində yerləşən hipofiz vəzi çox kiçik ölçülərinə baxmayaraq (təxminən noxud boyda) orqanizmdə mühüm funksiyaları yerinə yetirir.

Hipofizin normal fəaliyyətindən maddələr mübadiləsi prosesləri, qalxanvari vəzinin, böyrəküstü vəzilərin, qadın və kişi cinsiyyət sisteminin fəaliyyəti, orqanizmin böyümə və inkişaf prosesləri birbaşa asılıdır.

Hipofizin xəstəlikləri insanın bir çox orqan və sistemlərində pozulmalara səbəb olur. Bu xəstəliklərin arasında – prolaktinoma (hipofizin ön hissəsinin şişi).

Bu xəstəlik zamanı laktasiyaya (süd vəzilərdə südün əmələ gəlməsi prosesi) cavabdeh olan prolaktin hormonunun ifrazı artır ki, bu müxtəlif pozulmalara səbəb olur. Prolaktinoma əksər hallarda qadınlarda inkişaf edir, lakin bəzən kişilərdə də müşayiət olunur.

Əvvəl prolaktinoma simptomsuz inkişaf edir. Daha sonra isə qanda prolaktinin səviyyəsi  çox qalxdıqda qadınlarda menstrual funksiya pozulur – menstruasiyalar qeyri-müntəzəm olur, bəzən isə tam kəsilir. Hamilə olmayan və uşaq əmizdirməyən qadında prolaktinoma fonunda süd vəzilərindən süd ifraz olunmağa başlayır.

Kişilərdə prolaktinoma qadınlarla müqayisədə daha gec aşkar olunur və bu səbəbdən daha böyük ölçülərə çatır. Kişilərdə prolaktinoma fonunda cinsi zəiflik inikişaf edir, bədəndə tüklər seyrəlir, süd vəziləri böyüyür (ginekomastiya) və bəzən də onlardan hətta süd ifraz olunur.

Həm qadınlarda, həm də kişilərdə həmçinin bu kimi simptomlar əmələ gəlir: sümüklərin kövrək olması, cinsi meylin olmaması, güclü baş ağrıları, görmə sinirinin sıxılması nəticəsində görmənin pozulması (bəzən hətta korluq inkişaf edə bilər), sonsuzluq.

Prolaktinomanın əmələ gəlməsi səbəbləri tibdə indiyə kimi araşdırılmayıb.

Prolaktinomanın diaqnostikası zamanı bu kimi müayinələrdən istifadə olunur:

– qan və sidik analizlərin (hipoifiz hormonlarının səviyyəsini təyin etmək üçün)

– baş beyini MRT-sı

– görmənin müayinəsi

Prolaktinoma həm konservativ (dərmanlar vasitəsilə), həm də cərrahi üsullarla müalicə olunur. Bəzi dərman preparatları prolaktinin ifrazını azaldır, şişi kiçildir, xəstəliyin simptomlarını azalıdır.

Konservativ müalicə kömək etmədikdə, cərrahi üsullardan istifadə olunur – şiş xaric edilir. Hal hazırda belə əməliyyatlar endoskopik üsullarla həyata keçirilir – şiş burun boşluğundan daxil olmaqla xaric olunur, heç bir görünən çapıqlar olmur, əməliyyat zamanı beyinin digər hissələrinə toxunulmur, fəsadların əmələ gəlməsi riski az olur.

Kiçik ölçüdə olan şişlər çox uğurla xaric edilir. Lakin, təəssüf ki, daha sonra, 5 il ərzində, prolaktinoma bir çox hallarda yenidən əmələ gələ bilər. Bu səbəbdən belə əməliyyat keçirmiş insanlar daim həkimlərin nəzarətində olmalıdır, analizlər verməlidir və s.

Cərrahi əməliyyatın tətbiqi mümkün olmadıqda şüa terapiyasından istifadə oluna bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.