Plastik qablaşdırmanın sağlamlığa təsiri. ARAŞDIRMA

Ailənin gündəlik istifadəsində olan plastik kütlələrin növləri və onların nişanlaması bu qablaşdırma növləri haqqında ətraflı məlumat əldə etməyə imkan verir.

Plastik № 1 (PETE və ya PET) – polietilentereftalat. Plastikin ən çox yayılmış növüdür. Sərinləşdirici içkilər, ketçuplar, bitki yağları, kosmetik vasitələr və s. saxlanması üçün istifadə olunur. Fərqləndirici xüsusiyyəti ucuz olmasıdır. Bu növ plastikin istehsalı xüsusi xərclər tələb etmir. Plastikin belə növündən istifadə etmək yalnız bir dəfə olar. Təkrar istifadə vaxtı butulka və ya qutu təhlükəli maddə- ftalat ifraz edir (zəhərlidir, əsəb və ürək-damar sisteminin ciddi xəstəliklərinə səbəb ola bilər). Plastikin bu növündən Avropada və ABŞ-da uşaq oyuncaqları hazırlamaq qadağandır.

Plastik № 2 (HDPE və ya PE HD) – yüksək sıxlıqlı polietilenidir. Müəyyən qədər ucuz, temperatur təsirlərinə davamlıdır. Belə plastik plastik paketlərin istehsalı vaxtı istifadə olunur, birdəfəli qab-qacaq, qida konteynerləri, yuyucu və təmizləyici vasitələr üçün süd və konteyner üçün paketlər hazırlanır. Emala təslim olur, ikinci istifadə üçün yararlıdır. Nisbətən təhlükəsizdir, hərçənd ki, formaldehidi ifraz edə bilər (zəhərli maddədir, əsəb, tənəffüs və cinsiyyət sistemlərini zədələyir, nəsildə genetik pozulmasına səbəb ola bilər.

Plastik № 3 (PVC və ya V) – polivinilxlorid. Plastik kütlənin bu növü texniki məqsədlərlə istifadə olunur. Məsələn, plastik pəncərələrin istehsalı üçün, mebelin elementləri, borular, süfrələr, texniki maye üçün konteynerlər və başqa. Qida istifadəsi üçün zərərlidir. Plastik kütlənin tərkibində bisfenol A, vinilxlorid, ftalat, həmçinin kadmium var. Plastikin ən təhlükəli növlərindən biridir. Yandırma vaxtı havaya çox təhlükəli və zəhərləri kanserogen dioksinlər ifraz edir.

Plastik № 4 (LDPE və ya PEBD) – aşağı sıxlıqlı polietilendir. Paketlər, zibil kisələri, kompakt-disklər və linoleumun istehsalında itifadə olunur. Bu növün kifayət qədər geniş yayılmasının səbəbi ucuzluğudur. Nisbətən təhlükəsizlik. İnsanın orqanizmi üçün PET-paketlər demək olar ki, təhlükəsizdir ( ancaq ətraf mühitə onların təsirini unutmayın). Nadir hallarda PE-LD növlü formaldehidi ifraz edir. Emala və ikinci istifadəyə təslim olur.

Plastik № 5 (PP) – polipropilen. Möhkəm və istiliyə davamlıdır. Ondan qida konteynerləri, şpritslər və uşaq oyuncaqları hazırlanır. Daha təhlükəsizdir, amma bəzi hallarda formaldehidi ifraz edə bilər.

Plastik № 6 (PS) – polistirol. Plastik kütlənin bu növü ilə siz ət və ya süd bölməsində rastlaşa bilərsiniz. Ondan yoqurt üçün stəkanlar, ət qabları, tərəvəz və meyvə qutuları, sendviç-panellərin və istilik izolyasiyası lövhələrinin istehsalı üçün istifadə olunur. Təkrar istifadə vaxtı stirol kanserogen maddəsi ifraz edir. Mütəxəssislər imkan daxilində plastik kütlənin bu növündən istifadədən imtina etməyi və ya minimuma endirməyi və onun istehlakını azaltmağı məsləhət görürlər.

Plastik № 7 – polikarbonat, poliamid və başqa növləridir. Bu qrupa nömrə almamış digər plastiklər daxildir. Onlardan uşaqlar üçün kiçik butulkalar, oyuncaqlar, su üçün butulkalar, qablaşdırmalar hazırlanır. Sıx yuma və ya qızma vaxtı bisfenol A (insanın orqanizmində hormonal nasazlıqlara səbəb olan maddə) ifraz edir.

Bütün yuxarıda göstərilən plastik kütlənin tərkibində olan əlavə kimyəvi maddələr bu və ya digər dərəcədə müşahidə olunurlar. Orqanizm üçün plastik kütlənin özü təhlükəli deyil, amma əlavə maddələrin tərkibində gizli təhlükə vardır. Əlbəttə, siz nə qədər lazımdırsa plastik kütlənin istənilən növündən istifadə edə və orqanizmdə hansısa bir dəyişikliklərin baş verdiyini hiss etməyə bilərsiniz. Amma bu o demək deyil ki, onlar yoxdur.

Plastikin bütün növ zərərləri özü haqqında istənilən vaxt xəbər verə bilər. Daha dəhşətlisi odur ki, bütün bu zərərli maddələr sizin nəslinizin sağlamlığına təsir edə bilər. Buna görə plastikdən istifadəni bacardığınız qədər minimuma endirin. Mətbəxinizdəki bütün plastik qab-qacaqla vidalaşın. Çalışın heç bir halda dondurmanın, mürəbbənin və s. plastik bağlamaların bankalarını təkrar istifadə etmək üçün saxlamayın.

Xüsusilə uşaq butulkalarının nişanlarına diqqət yetirin. İşə yemək götürdüyünüz plastik saxlama qablarını çalışın tez-tez dəyişəsiniz. Hətta ən keyfiyyətli qutular belə sizə bir aydan çox xidmət etməməlidir. Hər hansi plastik qab alanda onu mütləq iyləyin hətta balaca bir xoşagəlməz qoxu sizi həmin malın keyfiyyəti haqqında düşünməyə vadar edəcəkdir.

Hazırladı: Alyona Hacımuradova

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.