Pişik mırıltısı sindromu və ya Cri du Chat sindromu (tibbdəki adı) genetik anormallıqlardan biridir. Doğulan uşaqlarda xromosom çatışmazlığı zamanı meydana çıxan sindromdur.
Sindrom öz adını dünyaya göz açan uşaqlarda olan əlamətlərdən götürmüşdür. Belə ki, xromosom çatışmazlığı olan bu cür uşaqlar 2 yaşına qədər ağlayanda pişik kimi ağlayırlar. Onlarda aşağıdakı əlamətlər olur:
* udma və döş əmmə zamanı problemlər
* normadan az çəki ilə doğulma və zəif böyümə
* fərqli üz görünüşü
* gözlərarası məsafənin geniş olması
* alın nahiyyəsinin dar olması
* pişiklərə məxsus damağın olması
* barmaqlar arasında nazik pərdənin olması
* hiperaktivlik, davakar və ərköyünlük.
Belə uşaqlar dolğun yanaqları, ağız ətrafında qırışlar, düz burun, aşağı doğru əyilən üz, yerindən aşağıda olan qulaqları, qısa barmaqları ilə normal uşaqlardan fərqlənirlər.
Pişik mırıltısı sindromlu uşaqlarda yaddaş pozğunluğu, ağıl zəifliyi olur.
Bu sindromla doğulan uşaqların müalicə yöntəmi yoxdur. Sindromun səbəb olduğu xəstəliklərin (qəbizlik, ürək və böyrəklərdə problemlər və s.) müalicəsi simptomatik aparılır.
Orqanik.az