Pis qan dövranı damarların xolesterinlə tutulması nəticəsində inkişaf edir. Pis qan dövranı çox təhlükəli haldır.
Bunun nəticəsində orqanizm (beyin və ürək də daxil olmaqla) ona lazım olan qidalı maddələri və oksigeni ala blmir. Bu hal xroniki xarakter daşıyanda orqanizmdə çox ciddi pozulmalar inkişaf edə bilər.
Mütəxəssislər bildirirlər ki, pis qan dövranının əsas simptomu soyuq əl və pəncələrdir.
Digər simptom səbəbsiz əzələ ağrıalrıdır. Əgər siz fiziki işlə məşğul olursunuzsa, belə ağrılar təbiidir. Lakin bəzən insanlar demək olar fiziki işlə məşğul olmur, lakin onların əzələləri ağrıyır. Pis qan dövranı zamanı əzələr daha az oksigen və qidalı maddələri alır ki, bunun nəticəsində ağrı əmələ gəlir.
Orqanik.az bildirir ki, yaddaşın zəifləməsi də pis qan dövranına işarə edən simptomlarda birirdir. Beyin pis qidalanır ki, nəticədə yaddaş, diqqət və konsentrasiya da azalır.
Mütəxəssislər qan dövranını yaxşılaşdırmaq üçün bu kimi tövsiyələri verirlər.
– Fiziki aktivliyiniz artırır.
– Streslərdən mümkün qədər uzaq olun.
– Gün ərzində ən azı 6 stəkan su için.
– Tərkibində kofein olan içkilərdən imtina edin.
Orqanik.az