Piokokk qranuloması kapilyarların zədələnməsi ilə dəridən xarıcə çıxmasıdır.Xəstəlik mikrobun dəri və dərialtı toxumaya düşməsi və kapilyarların ikincili zədələnməsi nəticəsində meydana çıxır.Xəstəlik xoşxassəli hesab olunur.
Piokokk qranulomasına bütün yaş dövrlərində rast gəlmək olur.
Xəstəliyin əmələ gəlməsində zədələnmiş dəridən mikrobun dəri və dərialtı toxumaya keçməsidir.Xəstəliyi aşağıdakı mikroblar törədir:
– stafilokokklar
– streptokokklar
– müxtəlif virus infeksiyaları
Zədə nahiyəsindən dəri daxilinə düşən infeksiya dəridə çəhrayı-qırmızı rəngdə,üstü parıltılı,eroziyaya oxşayan,qanlı-irinli qabarma şəklində patologiya əmələ gətirir.
Xəstəliyə diaqnozun qoyulmasında yara naiyəsindən götürülmüş yaxmann rolu böyükdür.Morfoloji müayinəı zamanı dəridə kaplyarların endotel qatla qarışıq xaricdə durması görünür.
Xəstəliyin klinikası basilyar anqiomatoz və piqmentsiz melanoma ilə eynidir.
Piokokk qranulomasına diaqnozun qoyulması çətinlik törətmir.
Müalicə məqsədilə elektrokoaqulyasiyadan və lazerlə müalicə metodundan istifadə edilir.
Orqanik.az