Peyvənddən sonra fəsadların qarşısını almaq üçün… MƏSLƏHƏTLƏR

Son zamanlar bəzi valideynlər uşaqlara peyvəndlərin vurulmasından imtina edir. Bu çox təhlükəli haldır. Bununla valideyn tək öz uşağını deyil, digər uşaqları da təhlükə altına salır.

Səbəb kimi valideynlər peyvənddən sonra “reaksiya”lardan qorxduğunu göstərirlər.

Lakin statistika göstərir ki, 99,9% hallarda peyvənddən sonra mümkün olan fəsadların səbəbi peyvənd yox, uşaq orqanizminin xüsusiyyətləri və bir çox hallarda uşağa düzgün olmayan baxımdır.

Peyvəndlərdən sonra mümkün olan fəsadları minimuma çatdırmaq üçün bir neçə sadə qaydaya əməl etmək lazımdır:

1. İlk növbədə peyvənd yalnız tam sağlam uşaq oluna bilər. Əgər uşaq vaksinasiyaya yaxın 1 ay ərzində heç bir ciddi xəstəlik keçirməyibsə, vaksinasiya günü uşaqda hər hansı xəstəlik, zökəm, öskürək, səpgilər, hərarət, ishal, qəbizlik yoxdursa, uşaq peyvənd oluna bilər. Lakin hər halda peyvənddən əvvəl uşaq mütləq həkim tərəfindən müayinə olunmalıdır.

Soyuqdəymə, qripp, digər infeksion xəstəliklikdən sonra 1 ay gözləmək lazımdır. Daha tez vurulan peyvənd müxtəlif ağırlaşmaların inkişafına səbəb ola bilər.

2. Peyvənddən 1 gün əvvəl, peyvənd günü və peyvənddən 1 gün sonra uşağı həddindən artıq yedizdirməyin. Bağırsaq nə qədər az yüklənərsə, o qədər yaxşıdır. Uşağa kifayət qədər maye virin.

Peyvənddən 1 gün əvvəl, peyvənd günü və bir neçə gün sonra (1 həftəyə qədər) uşağa yüksək allergiya xüsusiyyətlərinə malik olan qida məhsulları (yumurta, balıq, sitrus meyvələri, qoz-fındıq, şokolad, konservləşdirilmiş məhsullar, yağlı bulyonlar və s.) vermək olmaz.

Körpə uşaqların qidalanmasına peyvənddən 1 gün əvvəl, peyvənd günü və peyvənddən təxminən 1 həftə sonra yeni qidaları daxil etmək olmaz.

3. Peyvənd olunduqdan sonra uşağı soyuqdəymədən, infeksiyalardan qorumaq, bir müddət digər uşaqlar və böyüklərlə ünsiyyətini məhdudlaşdırmaq lazımdır. Bu məqsədlə uşağı dükana, uşaq baxçasına, teatra və s. yerlərə aparmayın.

4. Bütün peyvəndlər üçün müəyyən əks-göstərişlər mövcuddur: əvvəlki peyvəndə qarşı güclü reaksiya və ya postvaksinal fəsadlar, ilkin immunodefisitlər, onkoloji, autoimmun, proqressivləşən sinir sistemi xəstəlikləri, allerqik xəstəliklər. Bunu mütləq nəzərə almaq lazımdır.

5. Valideynlər həkimdən peyvənddən sonra uşaqda baş verə biləcək fəsadları haqqında ətraflı məlumat almalı və lazım olduqda dərhal həkimə müraciət etməlidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.