Permanent makiyaj (tatuaj) necə aparılır?

Bu metod bədii tatuirovkadan gəlmişdir və ona çox oxşayır. Bu zaman xüsusi aparatın köməyilə dəriyə rənglər yeridilir.

Bu proses əsasən qaşların və dodaqların rəngini və formasını yaxşılaşdırmaq, göz qapaqlarının formasını korrektə etmək və gözlərin mənalılığını artırmaq üçün istifadə olunur. Əgər permanent makiyaj yaxşı kosmetoloji klinikada, yaxşı mütəxəssis tərəfindən yerinə yetirilmişsə, bu halda o, təbii  görünəcək, xarici görünüşü xeyli yaxşılaşdıracaq və qüsurları gizlədəcək. Onu da bilmək lazımdır ki, tatuajda istifadə edilən boyalar allergik reaksiya verə bilərlər. Buna görə allergiyaya meylli olan xanımlar bu proseduradan çəkinməlidir.

Dodaqların permanent makiyajı necə edilir? Hər şey sizin mütəxəssislə birgə kosmetik karandaşın köməyi ilə dodaq formasını seçməyinizdən başlayır. Sonra permanent makiyajın ediləcəyi konturlar çəkilir. Dodaqlar karandaşla çəkildikdən sonra onları üzbəüz və profildən (yandan) durmaqla qiymətləndirin. Qiymətləndirmə zamanı təkcə dodaqlara deyil, yeniləşmiş üzünüzə bütünlüklə diqqət yetirin. Yalnız bu cür hər hansısa bir uyğunsuzluqları və assimmetriyanı görmək olar. Yeni konturun gülərkən, danışarkən, mimiki hərəkətlər zamanı necə göründüyünü yoxlayın. Hamıya uyğun gələn ideal forma yoxdur, hətta ən gözəl hesab edilən – iri, enli dodaqlar da hamıya yaraşmır. Dodaqların forması məhz sizin üzünüzün gözəl cizgilərinizi vurğulamalıdır. Tatuajın köməkliyi ilə qadınları dodaqlarının asimmetriyasından (əyrilik) xilas etmək, onların formasını, həcmini dəyişmək, rəngini yaxşılaşdırmaq olur.

Dodaqların forması müəyyən edildikdən sonra rəng seçiminə keçmək olar. Yaxşı olardı ki, bu zaman makiyaj bütünlüklə silinmiş olsun, əks halda rəng düzgün seçilməyəcəkdir. Tatuaj zamanı rəng dəriyə çox dərin yeridilməsə də (0.8-1 mm), proses kifyət qədər ağrılı olur. Buna görə də tatuajı yerli anesteziya (keyləşdirmə) ilə edirlər.

Dodaqların tatuajına qərar verdikdə, yalnız müasir, özünü təsdiq etmiş klinikaya, yüksək dərəcədə ixtisaslaşmış mütəxəssisə müraciət edin. Bu yolla siz düzgün edilməyən tatuaj nəticəsində dodaqlarda yaranan çapıqlardan, düzgün olmayan rəngləmə nəticəsində dodaqların rənginin dəyişməsindən, qeyri-təbii rəngdə olmasından və s. qurtula bilərsiniz. Tatuaj 2 ildən 5 ilə qədər qalır. Gənc xanımlarda permanent makiyajın korreksiya edilməsinə (yeniləşməsinə) ehtiyac tez, yaşlı xanımlarda isə gec yaranır.

Qaş və dodaqların tatuajından başqa, göz qapaqlarının (və ya çox zaman adlandırıldığı kimi “gözlərin”) tatuajı da edilir. Gözlərin tatuajının əsas məqsədi baxışı mənalı etməkdir. Tatuajın köməyi ilə vizual olaraq göz künclərini qaldırmaq, gözləri daha dairəvi və ya uzunsov etmək, kiçik gözləri böyütmək və ya böyük – “qabarmış” gözləri kiçiltmək, seyrək kirpiklər problemini həll etmək, gözlərin gündəlik makiyajına sərf edilən vaxtı azaltmaq və s. mümkündür.

Permanent makiyajı etməzdən əvvəl, sizə tatuaj edəcək mütəxəssislə qabaqcadan məsləhətləşmək lazımdır. Mütəxəssis sizə prosesdən əvvəl hansı preparatların qəbul edilməməsi və tatuajdan sonra nələrə piayət olunmasını izah edəcəkdir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.