Perikardit zamanı xəstəliyin özündən xaric təzahürlərinə az-az rast gəlinir. Xəstəliyin orqanizmdə əmələ gətirdiyi patologiyalara adətən uşaq və gənc yaşlarında rast gəlmək olur ki, bu da perikarditin kəskinləşməsi baş verdiyi zamanlarda olur.
Quru perikardit inkişaf etdikdə xəstələr yalnız ürək nahiyyəsində ağrıdan şikayət edirlər. Ekzudativ perikardit zamanı isə ürək kisəsində seroz-fibroz ekzudatın toplanması iləı perikardın iltihaba uğramış lövhələri bir-birindən aralandığından ağrı aradan götürülür. Bu zaman xəstə yatağına uzanmaq istədikdə təngnəfəslik meydana çıxır .Qanın ürəyin sağ kamerasına daxil ola bilməsinin azalması ilə əlaqədar olaraq böyük qan dövranında durğunluq əlamətləri meydana çıxır:
* ödemlər
* qaraciyərin böyüməsi
* sağ qabırğa altında ağırlıq hissi..
Eksudativ plevrit orqanizmdə aşağldakı patologiyaların əmələ gəlməsinə səbəb olur.
Dayaq-hərəkət aparatındakı dəyişikliklər üzünü revmatik poliartrit şəklində biruzə verir. Xəstələr böyük oynaqlarında (diz, dirsək, çiyin, mil-bilək və qamış-daban) sürətlə artan ağrıdan, aktiv hərəkətin mümkünsüzlüyündən, oynaqların həcminin böyüməsindən şikayət edirlər. Revmatik poliartritin xüsusiyyəti ondan ibarətdir ki, o revmatizm əleyhinə dərman vasitələrinin təsirindən tez və izsiz aradan götürülür.
Ağciyərlərin pnevmoniya və ya plevrit şəklində revmatik xəstələnmələrinə nadir hallarda rast gəlinir.
Sinir sisteminin perikardik səbəbli zədələnmələrinə əsasən uşaqlarda rast gəlinir. Xəstənin şikayətləri digər etiologiyalı meningitlərdə, ensefalitlərdə, serebral vaskilutlərdə olduğu kimidir. Yalnız uşaqlarda mimiki əzələlərin məcburi hiperkinezi təzahür edir.
Böyrəklərin revmatik zədələnmələrinə təsadüfən rast gəlinir.
Peritonun zədələnməsi uşaqlarda və yeniyetmələrdə rast gəlinir. Xəstələrdə ürəkbulanma, qusma, qəbizlik və ya ishal əlamətləri müşahidə edilə bilir. Xəstələrdə hərarət və qəfil başlayan diffuz xarakterli tutmaşəkilli ağrılar olur. Xəstələr tez yorulmadan və tərləmədən şikayət edirlər.
Orqanik.az