İlin bütün fəsillərində qidalanmamıza diqqət etsək də, xüsusilə soyuq havalarda immunitetin düşdüyü üçün qış aylarında istifadə edilən qidalara diqqət edilməlidir. Bəs soyuq havalarda viruslara qarşı müqavimətimizi artıracaq qidalar hansılarıdır? Evdar.az immuniteti artıracaq qidaların siyahısını təqdim edir.
Brokkoli
Brokkoli, C və A vitaminləri olan antioksidan mənbəyidir. Tərkibindəki selenyum və sink sayəsində immunitet üçün faydalıdır. İnfeksiyalara qarşı qorunmamızı təmin edən brokoli, xüsusilə qış aylarında bolca istifadə edilməlidir.
Turp
Turp immunitet sisteminizi gücləndirməkdən öskürəyə qədər bir çox şey üçün faydalıdır. Qışda nizamlı olaraq turp istifadə etdikdə faydalarını görəcəksiniz.
Balıq
Balığın faydaları saymaqla bitməz. Tərkibindəki A, D, E, B2, B12, B3, kalsium, selenyum və fosforla olduqca əhəmiyyətli bir qida mənbəyidir. Yüksək nisbətdə Omeqa 3 yağı ehtiva edər. Zehin yorğunluğunu aradan qaldırır, sümükləri və immunitet sistemini gücləndirir. Qan şəkəri səviyyəsini nizamlayır. Həftədə ən az iki dəfə istifadə edilməsi tövsiyyə olunur.
Ən ləzzətli və faydalı balıq yeməklərinin reseptini buradan oxuya bilərsiniz.
Portağal
Ehtiva etdiyi bir çox vitaminlə immunitet sistemini gücləndirir. C vitamini ehtiyacınızı 72 %-ə qədər qarşılayır. Portağal, xolesterol salıcı olaraq da tanınır. Hər gün bir ədəd portağal istifadə edərək bədəninizi toksinlərdən qoruya bilərsiniz.
Naringi
Qışda ən çox istifadə edilən qidalar arasında iştirak edən naringinin bir çox faydası var. C vitamini anbarı olan naringi; immunitet sistemini gücləndirir, bədən müqavimətini artırır, soyuqdəyməyə qarşı yaxşı təsir edir, xolesterol tarazlığını təmin edir, damar tıxanıqlığına qarşı qoruyur, qan təzyiqini tarazlayır, tox tutur, dəri və saç sağlamlığına yaxşı təsir edir.
Qatıq
Kalsium baxımından zəngin olan qatıq, xüsusilə sümüklərə yaxşı təsir və çəki atmağa da köməkçi olur. Səhərlər bir kasa qatıq yemək immunitet sisteminizin güclənməsinə köməkçi olar.
Ev Şəraitində Kərpic Kimi Qatıq Hazırlamağın Qaydası
İspanaq
Bir çox müalicədə istifadə edilən ispanaq fol turşu, C vitamini, kalium və maqnezium kimi ehtiva etdiyi dəyərlərlə hüceyrə yenilənməsinə köməkçi olur.