Mütəxəssilər dəridə əmələ gələn papillomaların daxili orqanlarla əlaqəli olduğunu söyləyirlər. Belə ki, dərisində papilloma olan adamların daxili orqanlarında da poliplər müşahidə edilir. Papilloma və poliplərdən müxtəlif yollarla xilas olmaq olur. Xalq təbabətində daxili orqanlarda və dəridə əmələ gələn poliplərdən xilas olmaq üçün aşağıdakı vasitədən istifadə edilir.
*Birinci həftə bağırsaqları təmizləyici imalə edirlər. Bunun üçün 1,5-2 litr isti suya 1 xörək qaşığı limon şirəsi əlavə edilib imalə qoyulur. Bir saat sonra isə 2 xörək qaşığı qurudulmuş dəmrovotunun 300 ml qaynar suda dəmləməsi ilə imalə edilir. Dəmrovotunu dəmləmək üçün onu qaynar suya tökmək və 2 sat dəmləmək lazımdır.
*İmalə edilməklə yanaşı aşağıdakı cövhərdən də içmək lazımdır.
100 qram quru dəmrovotu yarım litr 70%-li spirtdə 2 həftə saxlanılır. Cövhərdən gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 20 damcı içilir.
*1 xörək qaşığı quru dəmrovotu 1 stəkan suda, zəif odun üstündə qaynadılır. Dəmləmə gündə 3 dəfə 1 xörək qaşığı yeməkdən əvvəl içilir.
Dəmrovotu dəmləməsi qəbul edərkən bitkinin dozasının artırılmasında fayda var.
* 1:1 nisbətində dəmrovotu və araq dəmləməsini qəbul eləmək daha faydalı olur. Bunun üçün qarışım 1 həftə sərin və qaranlıq yerdə saxlanılır və gündə 3 dəfə 35 damcı qəbul edilir.
Orqanik.az