Papaqsız gəzmək bu xəstəliklərə səbəb olur

Qış aylarında havalar soyuq keçdiyindən belə günlərdə papaqsız gəzməyin orqanizmə zərəri var. Soyuq olmasına baxmayaraq, başı açıq gəzənlərin çoxu papağın onlarda diskomfort yaratdığını, saç düzümünü pozduğunu deyirlər.

Orqanik.az xəbər verir ki, həkim-oftalmoloq Aynurə Əliyevanın sözlərinə görə, soyuq havada papaqsız gəzmək başda yerləşən bütün sinirlərə təsir edir, çətin müalicə olunan xəstəliklərə səbəb olur:

“Xarici qulaq iltihabı, üzdə yerləşən müxtəlif sinirlərin nevralgiyası, hətta ağırlaşma kimi hallar – misal olaraq nevrit, parezlər müşahidə olur. Üçlü sinirin birinci şaxəsi qaşın başlanğıc hissəsində burunun üstündən çıxır və soyuq hava şəraitində papaq geyinməyənlərdə daha çox rast gəlinən hallardan biri də üçlü sinirin birinci şaxəsinin nevralgiyasıdır. Bu, gözdə patologiyaların yaranmasına səbəb olur və oftalmoloqa müraciət edirlər”.

Bundan başqa papaqsız gəzmək saç tökülmələrinə, miqren xəstəliklərində – şiddətli baş ağrılarına səbəb olur. Ona görə də soyuq ayları xəstəliksiz keçirmək üçün başı isti saxlamaq, papaq geyinmək lazımdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.