Palma yağı heç təsəvvürümüzə belə gətirə bilməyəcəyimiz yeyinti və istehlak məhsullarının tərkibində bol miqdarda mövcuddur.
WWF təşkilatının məlumatlarına görə qadın dodaq boyası, hazır pizza xəmiri, hazır çinsayağı əriştələrin, yarımfabrikat qida növlərinin, saç şampunlarının, marqarin, şokolad, dondurmaların, qurabiyələrin, körpələr üçün nəzərdə tutulan süni qidaların, uşaqlar üçün nəzərdə tutulmuş şirniyatların, krekerlərin və hətta yuyucu vasitələrin tərkibində mövcuddur. Sadəcə palma yağının mövcudluğunu yeyinti və istehlak məhsullarının tərkibində gizlətmək üçün istehsalçılar bu inqridiyenti müxtəlif adlar ilə bağlamanın üzərində qeyd edirlər. Aşağıdakılar palma yağının müxtəlif adlarına nümunələrdir:
Bitki yağı, Palma tumu, Palma tumu yağı, Palma meyvəsinin yağı, Palmat, Palmitat, Palmolein, Qliseril, Stirat, Stirat turşusu, Elaeis Guineensis, Palmit turşusu, Palma Stirin, Palmitoyl Oksostiramid, Palmitoyl Tetrapeptid-3, SLS, Sodium Kernelat, Sodium Palma Kernelat, SLL, Hidratlaşmış Palma Qliseridləri, Etil Palmitat, Oktil Palmitat, Palmitil spirti.
One Green Planet qeyd edir ki, palma yağının istehsalı üçün geniş palma plantasiyaları meşələrin ərazisini tutur, bu isə oranqutan kimi nəsli kəsilməkdə olan heyvanlara təhlükə yaradır. Palma yağının sağlamlığa təsirinə gəldikdə də, palma ağacının meyvələrindən əldə olunan təzə sıxılmış yağ kifayət qədər faydalıdır. Beləki, yağ təzə halında ürək-damar sistemi problemlərinin riskini azalda bilər. Lakin geniş şəkildə istfadə olunan palma yağının böyük əksəriyyəti emal olunmuşdur. Emal olunmuş palma yağı isə təzədən fərqli olaraq, sağlamlığa biokimyəvi və fizioloji səviyyələrdə ciddi xələl yetirə bilər.
Emal olunmuş palma yağının insan orqanizminə olan təsirləri haqda daha geniş məlumatı “Plant Foods for Human Nutrition journal”-dan əldə etmək mümkündür. Burada qeyd olunur ki, təzə palma yağından fərqli olaraq emal olunmuş palma yağı insanın reproduktiv, ürək-damar sistemlərinə, böyrək və qaraciyərinə toksiki təsir göstərir. Təbii palma yağı çox tez xarab olduğundan onun istifadə müddətini artırmaq üçün xüsusi üsullarla emal edirlər. Nəticədə təbii və faydalı palma yağı ziyanlı marqarinə çevrilir. Məhz belə palma yağı digər ölkələrdə göndərilir.
Palma yağının dünyada istehsalçılar arasında bu qədər böyük rəğbət qazanmasının əsas səbəbi trans yağlara daha əlverişli əvəz olmasıdır. Bu da həmin istehsalçılara bağlamanın üzərində “trans yağ yoxdur”, “sıfır trans yağ” kimi aldadıcı ifadələri yazmağa imkan verir. Lakin bütün bunlara baxmayaraq, palma yağı trans yağlara nisbətdə daha az təhlükəli olsa da, insan üçün zərərə malikdir. Belə ki, The Human Food Project veridyi məlumata görə palma yağı orqanizmdə iltihab əmələ gətirə, insulin rezistentliyi və piylənməyə səbəb ola bilir.
Mütəxəssislər istehsalçıların aldadıcı strategiyalarından qorunmaq üçün, qidanı faydalı ərzaqlardan hazırlamağı, fabrikat və ya yarımfabrikat yeyinti məhsullarından istifadə etməməyi tövsiyə edirlər.
Orqanik.az