Oynaqlarınız ağrıyırsa, bunları yeyin

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün “yedizdirməyə” çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir.

Bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyə çalışın.

– Zülal orqanizm üçün olduqca vacibdir. Zülal orqanizmdə “tikinti” funksiyanı yerinə yetirir, zülal toxumaların və o, cümlədən, qığırdaq toxumasının bərpasında iştirak edir.

Oynaqlar üçün xeyirli olan zülal mənbələri: toyuq, balıq, yumurta. Həmçinin ətin tərkibində birləşdirici toxumanın bərpası üçün çox vacib olan sink mineralı var.

– C vitamini kollagen toxumasının sintezində iştirak edir, oynaqların davamlılığını və möhkəmliyini artırır, oynaqda iltihabı azaldır.

C vitamini mənbələri: itburnu, qara qarağat, sitrus meyvələri, kələm, bolqar bibəri.

– Kükürd qığırdaqların tərkibinə daxildir.

Kükürd mənbələri: kələm, soğan, lobya, noxud, alma, sarımsaq və həmçinin mal əti, balıq, yumurta.

Qığırdaq toxumasının sağlamlığına tərkibində jelatin olan məhsullar (xaş, kisel, jele) çox yaxşı təsir edir. Bu qidaları daha tez-tez yeməyə çalışın. Lakin nəzərə almaq lazımdır ki, xaş çox yağlı və “ağır” qidadır.  Xaşı həftədə 1 dəfə yemək kifayətdir. Kisel və jele isə hər gün sizin qidalanmanızda ola bilər.

– Selen mineralı da oynaqların sağlamlığı üçün çox vacibdir. Bu mineral dəniz məhsullarının (midiya, krevet), kokosun, braziliya qozun tərkibində çoxdur. Həmçinin bu mineral sarımsağın, yumurtanın, treska balığın, dəniz yosunların tərkibində var.

– Kalsium da oynaqlar üçün çox vacib mineraldır.

Kalsium mənbələri: kəsmik, pendir, şor, qatıq.

Oynaqlarınız ağrıyırsa, qidalanmanızda hisə verilmiş, qızardılmış, konservləşdirilmiş qidaları, pomidor, badımcan kimi tərəvəzləri, qırmızı əti (mal, qoyun əti) azaltmaq lazımdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.