Oynaqlarda ağrıları azaldır, ürəyi qoruyur, immun sistemini möhkəmləndirir… Güclü TƏBİİ DƏRMAN

Sarıkök bütün dünyada super-fud (super-məhsul) kimi sürətlə populyarlıq qazanır. Sarıkökün orqanizmə olan müsbət təsiri saysız elmi araşdırmalarda sübut olunub.

Orqanik.az nüfuzlu Annals of Internal Medicine jurnalına istinadla bildirir ki, Avstraliya alimlərinin  yeni elmi araşdırması sarıkökün güclü ağrıkəsici xüsusiyyətlərini növbəti dəfə sübut edib.

Araşdırmada diz osteoartritdən (oynağın iltihabı) əziyyət çəkən insanlar iştirak edirdi. İştirakçıların bir hissəsinə sarıkök, digərinə plasebo (“boş həb”) verilirdi. 12 həftədən sonra sarıkökü qəbul edən xəstələrin vəziyyəti xeyli yaxşılaşıb – onlar ağrılardan daha az şikayət edirdi və daha az hallarda ağrıkəsici dərmanlara üz tuturdu.

Beləliklə, araşdırma növbəti dəfə sübut edib ki, sarıkökün tərkibində olan aktiv kimyəvi maddə “kurkumin” güclü iltihabəleyhinə xüsusiyyətlərə malikdir və artrit zamanı təbii müalicəvi vasitə kimi uğurla istifadə oluna bilər.

Bundan əlavə sarıkök immun sisteminə də çox müsbət təsir edir, ürəyin sağlamlığını qoruyur, bəzi xərçəng xəstəliklərinin (süd vəzi, qaraciyər, yoğun bağırsaq xərçəngi) qarşısını alır, beyinin fəaliyyətini yaxşılaşdırır, Alsheymer və Parkinson xəstəliklərinin inkişafına mane olur, depressiya zamanı müalicəvi təsir edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.