Oynaqlarda ağrıları azaldan təbii vasitə tapılıb

Yeni araşdırma revmatoid artrit ilə əlaqəli ağrıları minimuma endirməyə kömək edən səmərəli vasitə olan itburnu meyvəsinə işarə edir.

Adətən bu vəziyyəti müalicə etmək üçün qeyri-steroid antiinflamatuar dərmanlar (QAİD) istifadə olunur. Bundan əlavə, xəstəliyi dəyişdirən dərmanlar və kortikosteroidlər təyin edilə bilər. Lakin bu müalicələrin çoxu qan təzyiqi, mədə xorası və qanaxma da daxil olmaqla xoşagəlməz təsirlərlə müşayiət edilir.

“Express” nəşri müəllifləri artrit zamanı ağrını azaldan təbii vasitə tapdıqları araşdırmadan bəhs etdi. “Revmatoid artritindən qaynaqlanan ağrıları azaltmağa qadir olan təbii maddələrdən biri itburnu meyvələrində tapılır”, – deyə mənbə yazır.

Alimlər revmatoid artrit xəstəsi olan 89 xəstənin iştirakı ilə ikili kor randomizə edilmiş nəzarət müayinəsi aparmışlar. Könüllülərə altı ay ərzində itburnu meyvələrinin cövhəri və ya plasebo tərkibli əlavə veriblər. Nəticələr göstərdi ki, itburnu qəbul edən qrupda oynaqların ağrısının 30% azalması və aktivlik səviyyəsinin yüksəlməsi qeydə alınıb.

Onun sözlərinə görə, bu təbii vasitənin artrit zamanı ağrının azaldılmasına təsiri Skandinaviya və Almaniyada aparılmış əlavə tədqiqatlar ilə yoxlanılıb. Ekstraktı ilə əlavələrin oynaqlarda ağrı, sərtlik və şişkinliyi azaltmağa kömək etdiyini də təsdiqlədilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.