Qastroenteroloq, hepatoloq İrina Uçurova qaraciyər sağlamlığı üçün tövsiyə olunan məhsulları qeyd edib.
Orqanik.az xəbər verir ki, həkimin sözlərinə görə, əsas meyar onların tərkibində antioksidantların, pektin və ya omeqa-3 yağ turşularının olmasıdır.
Mütəxəssis izah edib ki, qaraciyər bədəni lazımsız, potensial zəhərli komponentlərdən təmizləyir, həmçinin xolesterin və öd ifrazına cavabdehdir. Qaraciyər orqanizmin yağlarını parçalayır və udur. Həkim həmçinin qeyd edib ki, qaraciyər toxumaları bərpa etmək qabiliyyətinə malikdir, lakin insanın pis vərdişləri birbaşa qaraciyərə mənfi təsir göstərir.
Bədənin sağlamlığına müsbət təsir edə biləcək qidalanmaya gəlincə, həkim antioksidantla zəngin göyərti, detoks effekti verən pektin tərkibli qidaları, orqanizmdən zərərli maddələrin xaric olmasına kömək edən liflə zəngin qidaları və xoleretik təsir göstərən bitki mənşəli yağları yeməyi məsləhət görüb.
Amerika Mayo Klinikasının mütəxəssisləri hesab edirlər ki, insanın qaraciyərində problem olub-olmadığını müəyyən etməyin asan bir yolu var. Onların fikrincə, ovucların rənginə diqqət etməklə bunu etmək olar. Həkimlər əmin edirlər ki, bəzi hallarda xəstənin qaraciyərində, o cümlədən həyatı üçün təhlükə yaradan problemlər olduqda, ovucların aşağı hissəsində, baş barmağın altında qırmızı ləkələr görünə bilər. Belə bir yerə basdıqda qızartı bir müddət yox olur, sonra yenidən görünür. Həkimlər bu əlamətləri “həyəcan çağırışı” adlandırıb və təcili olaraq həkim müayinəsindən keçməyi tövsiyə edib. Çünki bu, qaraciyərin vəziyyətində əhəmiyyətli bir pisləşməni göstərə bilər.
Tibb elmləri namizədi, qastroenteroloq Marat Zinnatullin isə gündəlik istifadə nəticəsində qaraciyəri öldürən məhsulların adını çəkib. O bildirib ki, sağlamlığını düşünən insanlar qida rasionunda yağlı ət, hisə verilmiş ət və xəmir xörəklərinin miqdarını azaltmalıdırlar. (publika.az)
Orqanik.az