Osteoartrozun kliniki mənzərəsi

Osteoartroz əsasən 40-60 yaşlarında qadınlar arasında rast gəlinir. Xəstəliyin əsas əlamətləri özünü oynaqlarda baş verən patologiyalarla göstərir. Osteoartroz zamanı oynaqların zədələnməsinin aşağıdakı formaları ayırd edilir:
* Bud-çanaq oynağının zədələnməsi – koksartroz.
Bu xəstəliyin ən ağır forması olub bütün osteoparoz xəstəliklərinin 40%-ni təşkil edir. Ən çox klimakterik periodda olan qadınlar arasında rast gəlinir.
* Diz oynağının zədələnməsi – qonartroz.
Nisbətən yüngül gedişə malikdir, 33% hallarda rast gəlinir. Qonartroza oynağın travması və ya statikanın pozulması zamanı rast gəlinir.
* Distal falanqaların oynaqlarının zədələnməsi
Xəstəliyin bu formasına klimakterik yaşlı qadınlarda rast gəlinir.
* Fəqərə oynaqlarının və fəqərə disklərinin osteoxondrozu.
Sinovial fəqərəarası oynaqların zədələnmələri zamanı meydana gəlir.
Osteoporoz zamanı xəstələrin əsas şikayətləri zədələnmiş oynaqlarda ağrılar və hərəkətin məhdudlaşması olur. Ağrılar əvvəlcə zədələnmiş oynaqlarda tədricən başlayır və get-gedə artır. Ağrılar intensiv olur və sakitlik zamanında da müşayət edilir. Xəstələr bəzən eyni pozada oturarkən belə həmin hissədə ağrıların olmasından şikayət edirlər .Ağrı oynaq səhtlərinin bir-birinə sürtünməsi nəticəsində, dəyişmiş oynaq kapsulunun və bağların dartılması nəticəsində, oynaq kapsulunda fibroz toxumanın sinirləri sıxması nəticəsində ola bilir.
Fəqərələr zədələndikdə xəstələrin şikayətləri fərqli olur. Belə ki, döş fəqərələri ağrıdıqda stenokardiya tipli ağrı, bel fəqərələri ağrıdıqda isə bud əzələlərində ağrılar müşahidə edilir.
Osteoartroz zamanı xəstələrdə tez-tez çıxıqlar  əmələ gələ bilir. Xəstələrin ən çox şikayətləri diz oynağında baş verən ağrılardan olur. Bu ağrılar hərəkətlə bağlı və küt xarakter daşıyır. Dizdə baş verən patologiyalar səhərlər hərəkətin yarım saat məhdudlaşması ilə özünü göstərir və prosesə iltihab da qarışdığında xəstənin vəziyyəti daha da pisləşir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.