Osteoartroz

Osteoartroz müxtəlif etiologiyalı xəstəliklərin heterogen qrupu olub, oxşar bioloji, morfoloji-kliniki təzahürlərinə malikdir.
Xəstəliyin əmələ gəlməsində patoloji proseslə zədələnmiş oynaq qığırdağında vaxtından əvvəl qocalmanın baş verməsidir. Xəstəliyin əmələ gəlməsində bəzi xəstəliklərin rolu böyükdür:
– qığırdağın travması
– statikanın anadangəlmə pozulması
– əzələ və bağların zəifliyi
– qabaq olmuş artritlər
– oynaq səthlərini konqruentliyinin pozulması.
Sümüyün oynaq səthini örtən qığırdağın əsas maddəsi dəyişikliyə uğrayır, hətta bəzi yerlərdə olmur, sıx birləşdirici toxuma ilə əvəz olunur. Xondrositlər məhv olur, qığırdaq çox zəif və quru olur, elastikliyini itirir. Hətta bəzən qığırdağın dağılma prosesi baş verir, osteoskleroz inkişaf edir, oynaq səthinin periferik hissəsində osteofitlər inkişaf edir.
Xəstəlik zamanı fibroz-sklerotik dəyişikliklər oynağın kapsulunu və sinovial qişanı əhatə edir. Xəstəlik birincili və ikincili olur.
Osteoartroz birincili olaraq baş verməsi:
– Məhdud (3 və daha az oynağın zədələnməsi, əl oynaqları, ayaq oynaqları, diz oynaqları, bud-çanaq oynaqları, fəqərə və başqa oynaqlar).
– Yayılmış (4 və daha oynağın zədələnməsi).
Osteoartrozun ikincili olaraq baş verməsi:
– Anadangəlmə, qazanılmış və endemik xəstəliklər.
– Metobolik xəstəliklər.
– Endokrinopatiyalar.
– Kalsiumun çökməsi xəstəliyi.
– Nevropatiyalar.
– Digər xəstəliklər (avaskulyar nekroz, revmatopid artrit və s.).
Xəstəliyə ən çox 40-60 yaşlı adamlarda rast gəlinir. Xəstəliyin əsas əlaməti oynaq sindromudur. Osteoartroz zamanı oynaqların zədələnməsinin aşağıdakı əsas formaları ayırd edilir:
1. Bud çanaq oynağının zədələnməsi – xəstəliyin ən ağır formasıdır. Əsasən klimakterik periodda olan qadınlar arasında rast gəlinir. 40% hallarda rast gəlinir.
2. Diz oynağının zədələnməsi – nisbətən yüngül gedişə malikdir. 33% hallarda rast gəlinir. Xəstəlik ikinci forma oynağın zədələnməsi zamanı meydana çıxır.
3. Distal falanqalararası oynaqların zədələnməsi – osteoartrozlu xəstələrin 1/3-də rast gəlinir. Xəstəliyə əsasən yaşlı qadınlarda rast gəlinir.
4. Fəqərə oynaqlarının – fəqərəarası disklərin və sinovial fəqərəarası oynaqların zədələnməsi.
Xəstəliyin əsas əlaməti zədələnmiş oynaqda ağrılar və oynaqda hərəkətin bir qədər məhdudlaşmasıdır. Ağrılar zədələnmiş oynağa mexaniki təsir nəticəsində meydana çıxır. Ağrılar adətən tədricən başlayır əvvəllər hərəkət zamanı, sonralar isə sakit vəziyyətdə ağrıyır. Ağrının baş verməsi üçün oynaq nahiyyəsinə kiçik yükün düşməsi kifayət edir. Zədələnmiş oynaqda ağrılar fiziki iş görən zaman, əyilib-qalxdıqda baş verir. Ağrılar adətən küt xarakterli olur.
Osteoartroza diaqnoz qoymaq üçün qanın, qan zərdabının, sidiyin analizləri, rentgen müayinənin nəticələri əsas götürülür.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.