Orqanizmdə toksinlərin yığılmasını göstərən 5 ƏLAMƏT

Qeyri-sağlam pəhriz, stress, yuxu pozğunluğu kimi bir çox problemlər orqanizmdə müxtəlif toksinlərin toplanmasına səbəb ola bilər.

Publika.az oxucuları orqanizmin toksinlərlə dolu olduğunu göstərən əlamətlərlə tanış edir.

Qəbizlik

Bədən toksinlərlə hər gün mübarizədədir. Zəhərli maddələr orqanizmdən hər gün sidik və ya nəcis yolu ilə çıxarılmalıdır. Bağırsaqların fəaliyyəti pozularsa və bağırsaqlar gündə ən az bir dəfə boşaldılmasa, toksinlər asanlıqla qan dövranına geri qayıda və ciddi fəsadlara yol aça bilər.

Ağız qoxusu

Ağız qoxusunun kəskin olması bədəndə toksinlərin olduğunu göstərir. Yediyiniz bəzi məhsulların tərkibindəki bakteriyalar ağız qoxusuna gətirib çıxarır. Bundan başqa, şiddətli qoxu bağırsaqlar və qaraciyərinin toksinləri məhv etməkdə çətinlik çəkdiyini bildirir.

Artıq çəki

Artıq çəki problemi səhv qidalanmanın əlamətləridir. Yanlış qidalanma hormonların pozulmasına, dolayısı ilə bədəndə toksinlərin artmasına səbəb olur.

Dəri problemləri

Sızanaq, səpgi və digər dəri iltihabları bədənin zəhərli maddələrlə yüklənməsindən sonra ortaya çıxır. Xüsusilə ciddi dəri xəstəlikləri zəhərlərin ağır konsentrasiya nəticəsində meydana gəlir. Bədəndə toksin olduğunu göstərən digər əlamətlər bunlardır: Ekzema, psoriaz və gözlərin şişməsi.

Yorğunluq

Yeddi saatdan çox yatmağınıza baxmayaraq, gün ərzində yorğunluq və yuxusuzluq hiss edirsinizsə, toksinlər bu problemin potensial mənbəyidir. Məsələn, dünən alkoqollu içki qəbul etmisinizsə, aydın məsələdir ki, səhəri gün özünüzü əzgin və halsız edəcəksiniz. Eyni qayda toksinlərə də aiddir. Bədəndə yığılan toksinlər imkan vermir ki, özünüzü gümrah və sağlam hiss edəsiniz. Çünki bədən bütün gücü ilə toksinləri təmizləməyə çalışır. Odur ki, bədənin enerji balansı saxlamaq üçün tərkibində kimyəvi və qatqı maddələrinin olduğu məhsullardan uzaq durun.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.