Orqanizmdə maqnium çatışmazlığının əlamətləri və aradan qaldırılma yolları

Maqnium orqanizmin sağlamlığı üçün vacib sayılan elementlərdən biridir. Maqnium orqanizmdə bir çox funksiyaların həyata keçirilməsində mühüm rol oynayır. Bu mineral 300 müxtəlif funksiyanın yerinə yetirilməsində iştirak edir. Bu funksiyalara sümük sistemi, sinir sistemi, qanın tərkibində gedən proseslər aiddir. Hesablamalar Yer kürəsi əhalisinin əksəriyyətinin gündəlik lazım olan qədər maqnium qəbul etmədiyini qeyd edir. Bu səbəbdən də günü-gündən maqnium çatışmazlığından əziyyət çəkən adamların sayı artır. Bu isə orqanizmdə müxtəlif patologiyaların meydana gəlməsinə səbəb olur.
Maqnium çatışmazlığı özünü aşağıdakı 8 əlamətlə biruzə verir:
1. Baş ağrıları  
Daimi meydana çıxan baş ağrıları maqnium çatışmazlığından ola bilər. Bu zaman işığa və səsə qarşı həssaslıq da yarana bilər.
2. Əzələlərdə qıcolma
Maqnium çatışmazlığı əzələlərdə qəfil spazmların meydana çıxmasına səbəb olur.
3. Sümüklərin zəifləməsi
Maqnium çatışmazlığı sümük sisteminin zəifləməsinə səbəb olur. Bunun baş verməsi isə sümüklərdə mineralların çatışmazlığından olur. Belə olduqda sümüklər sınmaya meyilli olur.
4. Qanda şəkərin miqdarının balanslaşa bilməməsi
2000 şəkərli diabet xəstəsi üzərində aparılan araşdırma onların qanında maqnium çatışmazlığının olduğunu göstərmişdir. Maqnium çatışmazlığının qandakı şəkərə nəzarətin itməsinə səbəb olduğu sübut edilmişdir.
5. Yüksək təzyiq  
8500 könüllü xəstə üzərində aparılan araşdırmalar qanında maqnium çox olan adamların təzyiqinin aşağı olduğunu aşkar etmişdir. Maqniumun çatışmazlığı isə təzyiqin artmasına səbəb olur.
6. Yuxusuzluq
Maqnium qanda serotonin hormonunun artmasına səbəb olur. Serotonin insanın ruh halını, yuxusunu, iştahını, biliyini, yaddaşını, cinsi və sosial həyatını tənzimləyir
7. Depressiya və qorxu
Maqnium çatışmazlığı serotoninin azlığına səbəb olduğu üçün dolayısıyla depressiyaya və insanlarda qorxu hissinin əmələ gəlməsinə səbəb olur.
8. Əzələ ağrıları
Əzələlərdə xroniki və qəfil əmələ gələn ağrılar maqnium çatışmazlığından baş verir. Bu özünü fibromialgiya və sklet-əzələ ağrıları ilə biruzə verir.
Maqnium çatışmazlığı zamanı nə etmək lazımdır?
Bu zaman tərkibində maqnium olan qidalarla qidalanmaq lazımdır. Hər bir qadın gün ərzində 320 mq, hər bir kişi isə 420 mq maqnium qəbul eləməlidir. Çoxlu miqdarda kofe və şəkər qəbulu maqniumun orqanizmdən yaxşı sorulmamasına səbəb olur. Maqniumla zəngin qidalar qəbul edərkən D vitamini qəbul etməyi də unutmaq lazım deyil. Aşağıdakı qidaların tərkibi maqniumla zəngindir:
– lobya
– badam
– banan
– avokado
– yulaf həlimi  
– kakao
– göyərtilər
– qoz
– buğda
– mərci.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.