2022-ci ilin yanvar ayında səhiyyə nazirinin əmri əsasında orqan transplantasiyası ilə bağlı etika komissiyası yaradılaraq fəaliyyətə başlayacaq.
Etika komissiyası formalaşdırılarkən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun 29.3-cü maddəsindəki şərtin (Etika komissiyasının tərkibinə həkim-transplantoloqun və transplantasiyanın təşkilində hər hansı formada iştirak edən şəxslərin daxil edilməsinə yol verilmir) əsas prinsip kimi götürülməsi nəzərdə tutulur.
Orqanik.az