Ornitoz ağ ciyərlərin kəskin infeksion xəstəliyi olub,ümumi intoksikasiya və ağ ciyərlərin zədələnməsi ilə meydana çıxan xəstəlikdir.
Xəstəliyin əmələ gəlməsinə xlamidozlar səbəb olur.Xlamidozlar xarici mühitə qarşı davamlıdırlar,hüceyrə daxili çoxalma qabiliyyətinə malikdir.Xlamidozlar antibiotiklərə və interferona qarşı həssasdırlar.
Xəstəliyin yayılmasına köçəri vəhşi quşlar səbəb olur.Xəstəliyin əmələ gəlməsinə köçəri quşlarla bərabər göyərçinlər,dekorativ ev quşları,ördəklər,hind quşları,toyuqlar da səbəb ola bilirlər.Ornitoz quşlardan insanlara keçən xəstəlikdir.Xəstəliyə ən çox toyuq və quşlara qulluq edən adamlarda , fermada işləyən adamlar arasında rast gəlinir.
Xəstəlik insana hava vasitəsilə yoluxur.İnfeksiya olan hava ilə nəfəs olduqda infeksiya alimentar yolla ağ ciyərləri və konyuktivanı zədələyir.Xəstəlik ətrafdakı adamlara xəstədən yoluxmur,yoluxmaq üçün infeksiyalı hava ilə nəfəs almaq lazımdır.Çünki xəstəlik yalnız nəfəs yolları vasitəsilə yoluxur.
İnfeksiya orqanizmə daxil olduqdan sonra toksiki-allergik əlamətlərini göstərməyə başlayır.Xəstəliyin ikubasiya dövrü 7-14 gündür,polimorf əlamətlərlə inkişaf edir.Alveollardan daxil olan infeksya epitel toxumanı zədələyir,kəskin əlamətlərlə xəstəni narahat edir.Xəstəliyin bir neçə variantı var:
– xəstəliyin qrip forması
– meningit forma
– xəstəliyin tif forması
– latent forma
Xəstəlik 6 gündən 2 aya qədər davam edə bilir.Xəstəliyin kəskinləşmiş zamanlarında xəstələrdə aşağıdakı əlamətlər özünü göstərir:
– yüksək temperatur
– baş ağrıları
– əzələlərdə ağrılar
– kəmərvari ağrılar
Bu əlamətlər əsasən xəstəliyin birinci həftəsində meydana çıxır.Xəstəlik vaxtında və düzgün müalicə olunmasa pnevmoniyaya çevrilə bilir,qara ciyər böyüyür,xəstədə əvvəl quru,sonra bəlğəmli öskürək meydana çıxır.Xəstənin sinir sistemi zədələnir,dispeptik narahatçılıqlar meydana çıxır,dil şişir,EÇS-in miqdarı yüksəlir,bradikardiya başlayır,depressiya əlamətləri meydana çıxır.Xəstəliyin əlamətləri 6-12 aya qədər uzana bilir,xəstədə tərləmələr başlayır.10-15% xəstələrdə tənəffüs sistemi orqanları,ürək,qara ciyər və oynaqlarda ağırlaşmalar baş verir.
Xəstəlik xroniki formaya keçdikdə xəstələdə ümumi zəiflik,halsızlıq,pnevmoskleroz baş verir.
Orqanik.az