ABŞ-da aparılan bir araşdırma, ən optimist insanların 90 yaşından sonra yaşama ehtimalının ən az nikbin olan insanlara müqayisidə 10 faiz daha çox olduğunu ortaya qoydu.
Orqanik.az lent.az-a istinadən xəbər verir ki, Harvard və Boston Universitetlərindən bir qrup alim tərəfindən aparılan və 159255 qadının daxil edildiyi araşdırmanın nəticələri “Journal of the American Geriatrics Society”-də dərc olunub.
Alimlər müayinələr nəticəsində nikbinliyin insan ömrünü 5,4% faiz, yəni orta hesabla 4,4 il artırdığı qənaətinə gəliblər.
İdmanın sağlamlıq üçün vacib olduğu mövzusunda əksəriyyətin həmfikir olduğunu və müntəzəm idmanın insan ömrünü 0,4-4,2 il uzatdığını xatırladan elm adamları nikbinliyin də idman qədər faydalı olduğunu və ömrü artırdığını vurğulayıblar.
Orqanik.az