“Səhiyyə xərclərində əhəmiyyətli artım nəzərdə tutulur”.
“Medicina” xəbər verir ki, Milli Məclisin iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Deputat bildirib ki, icbari tibbi sığortadan əhalinin məmnunluğu artır: “Bir qrup xəstəliklər hələ də icbari tibbi sığorta ilə əhatə olunmayıb. Onlar arasında onkoloji xəstəliklər də var. Onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunmaması bu xəstəliyin adekvat müalicəsinə mane olur və insanların narazılığına səbəb olur”.
Orqanik.az